“Hökumət mənəm!”- Paşinyan bu suala əsəbi cavab verdi
Ermənistan Baş naziri Nikol Paşinyan erməni milyarder və Ermənistanın Elektrik Şəbəkələri şirkətinin sahibi Samvel Karapetyanla bağlı suala əsəbi cavab verib.
Erməni mediasının yazdığına görə, jurnalistlər Paşinyandan hökumət üzvlərinin Karapetyanla beynəlxalq arbitraj məhkəməsinin qərarına necə münasibət bəslədiyini soruşublar.
Paşinyan cavabında deyib: "Hökumət mənəm... Hökumətdə mövqeyi mənimlə ziddiyyət təşkil edən şəxslər varsa, dərhal ərizə yazsınlar və bu binanı tərk etsinlər. Yoxsa, mən onları özüm işdən çıxaracağam".
Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. Cinayət işi onun bir gün əvvəl erməni kilsəsini müdafiə edən çıxışından sonra açılıb.
Press-fakt