Dövlət Departamenti Ukraynaya ERAM raketinin satışını təsdiqləyib
ABŞ Dövlət Departamenti Ukraynaya 3000-dən çox ERAM raketinin satışını təsdiqləyib.
Bu haqda Pentaqonun Təhlükəsizlik Əməkdaşlıq Agentliyi məlumat yayıb.
Hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan agentliyin məlumatında Dövlət Departamentinin Ukraynaya 825 milyon dollara 3000-dən çox ERAM raketi və digər sistemlərin satışını təsdiqlədiyi bildirilib.
Qeyd olunub ki, Ukrayna əvvəllər ABŞ-dan 3350-yə qədər belə raket, eləcə də onlar üçün naviqasiya sistemləri tələb etmişdi./apa
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: