Amerika PUA-sı Qara dəniz üzərində göründü: Kreml panikaya düşdü
Amerikanın “RQ-4 Global Hawk” tipli pilotsuz uçuş aparatı hazırda Qara dənizin neytral hava məkanında müşahidə uçuşları həyata keçirir.
Press-fakt xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb. Qeyd olunub ki, “FORTE10” çağırış işarəsi ilə uçan PUA Sevastopoldan Soçiyə qədər dövrə vuraraq kəşfiyyat aparır.
Dron Qara dənizə NATO-nun Siciliyada yerləşən Siqonella hərbi-hava bazasından qalxıb.
Qeyd edək ki, avqustun 29-da “Delfi” nəşri eyni tipli Amerika PUA-sının Litva üzərində uçduğunu və Rusiya-Belarus sərhədini izlədiyini yazmışdı. Daha sonra həmin aparat Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Polşa, Litva, Latviya və Estoniya üzərindən keçərək Finlandiyaya çatmışdı.
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: