Kiyevdə azərbaycanlı ata və oğlu güllələndi - Anbaan video

Avqustun 31-i Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində azərbaycanlı ata və oğlu güllələnib.
Keçmiş hərbçi olduğu bildirilən şəxs İsmayıl Rəhimov və atası Fərmana yaxınlaşaraq onlara atəş açıb.
Nəticədə 28 yaşlı İsmayıl hadisə yerində ölüb, atası isə ağır xəsarətlər alıb.
Bildirilir ki, hadisə ticarət mübahisəsi zəminində baş verib.
Atəş açan şəxs saxlanılıb.
Zərərçəkmiş şəxslər əslən İsmayıllı rayonundandır və uzun müddətdir Ukraynada yaşayırmışlar.
Hadisə anının görüntülərini təqdim edirik:
Oxunub: 19
Xəbəri paylaş
Paylaş: