Azərbaycandan 2 ölkəyə 3 tondan çox QURBAĞA AYAĞI İXRAC OLUNDU - FOTO

Bu ilin avqust ayında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənverilən məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4 milyon 320 min və Birləşmiş Ərəb Əmirliklərinə 1 milyon 158 min 460 ədəd ərzaqlıq yumurta, İtaliya və Fransa respublikalarına 3 ton 600 kiloqram qurbağa ayağı, Avstraliya, Albaniya və Kanadaya 42 kiloqram balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.
Press-fakt
Oxunub: 32
Xəbəri paylaş
Paylaş: