ABŞ Ukraynaya 825 milyon dollarlıq raket TƏDARÜK EDƏCƏK

ABŞ Ukraynaya havadan buraxılan platformalar üçün nəzərdə tutulmuş 3 350 ədəd ERAM qanadlı raketinin tədarükünə razılıq verib.
Press-fakt xəbər veirr ki, ilk 10 raketdən ibarət partiyanın 2025-ci ilin oktyabrında çatdırılması gözlənilir, əsas partiyanın isə 2026-cı ilin sonunadək göndərilməsi planlaşdırılır.
Müqavilənin dəyəri təxminən 825 milyon ABŞ dolları təşkil edir. Maliyyələşdirmə Danimarka, Norveç və Niderlandın dəstəklədiyi Jump Start proqramı çərçivəsində, həmçinin ABŞ-ın hərbi maliyyələşdirməsi vasitəsilə həyata keçirilir.
Oxunub: 15
Xəbəri paylaş
Paylaş: