Bakının bu məktəblərində dərslər başlayıb - ADLAR
Azərbaycanda dərslər sentyabrın 15-i başlasa da, Bakıda fəaliyyət göstərən bir sıra özəl təhsil müəssisələri artıq tədris prosesinə başlayıb.
Bakı Beynəlxalq Məktəbində (BIS) dərslər avqustun 21-də, Beynəlxalq Azərbaycan Məktəbində (TISA) isə avqustun 30-da başlayıb.
Sentyabrın 1-dən “İdrak” liseyi (Bakı filialı), “Evrika” liseyi və SABIS SUN Beynəlxalq Məktəbinin 5–12 yaş qruplarında dərslərə start verilib.
Sentyabrın 2-də Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və SABIS SUN Beynəlxalq Məktəbinin 1–4-cü siniflərində dərslər başlanıb.
Sentyabrın 3-dən isə Bakı Oksford Məktəbi, Azərbaycan Britaniya Kolleci (ABC), Bakı Beynəlxalq Təhsil Kompleksi (BIEC) və “Kaspi” liseyinin 9, 10 və 11-ci sinifləri dərsə başlayıb.
Xəzər Universiteti Dünya Məktəbinin Bakı filialında sentyabrın 5-də, Sumqayıt filialında isə 12 sentyabrdan etibarən dərs ilinin başlanması nəzərdə tutulur./modern.az