PAKİSTANDAN HİNDİSTANA XƏBƏRDARLIQ - "Növbəti müharibədə hesab 60-0 olacaq”
Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan bildirib ki, Hindistanla baş verəcək növbəti müharibədə nəticə “60-0” olacaq.
O, bu mesajı Karaçidə təşkil olunan rəsmi mərasimdə səsləndirib.
“Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir. Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq”, – vitse-marşal vurğulayıb.
Xatırladaq ki, bu gün Pakistanda Müdafiə və Şəhidlər Günü qeyd olunur.
Press-fakt
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: