Gəncədə ev tikintisi zamanı uçqun olub - ölən və xəsarət alanlar var
Gəncə şəhərində ev tikintisi zamanı uçqun olub, ölən və xəsarət alanlar var.
Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Belə ki, ərazidə ev tikintisi zamanı uçqun baş verib.
Hadisə nəticəsində 1985-ci təvəllüdlü Taleh Kərimov dağıntılar altında qalaraq ölüb.
Qeyd edək ki, ölən şəxsin usta olduğu bildirilir.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır./report
Oxunub: 24
Xəbəri paylaş
Paylaş: