Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ermənistanda inflyasiya kritik həddə – Erməni mediası həyəcan təbili çalır
  • Dünyada ucuzlaşan ət bizdə yenə bahalaşdı - səbəb nədir?
  • Azərbaycanda minik avtomobilləri bahalaşıb - Ərzaq məhsullarının qiyməti... /RƏSMİ
  • Son 5 ildə Azərbaycanda ən çox nələr bahalaşıb?- Statistika
  • Əmlak bazarında qiymətlər: Ən ucuz kirayə mənzillər neçə manatdan başlayır?
  • Azərbaycanda quş əti ilə özünütəminat səviyyəsi KƏSKİN AZALDI:  SƏBƏB NƏDİR?

    • Tarix: 7-09-2025, 18:10

    Azərbaycanda ət və ət məhsulları ilə özünütəminetmə səviyyəsi azalıb. Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 83,4 faiz təşkil edib. Bu isə o deməkdir ki, göstərici 2023-cü illə müqayisədə 1.9 faiz bəndi azalıb.

    Ayrı-ayrı ət növləri üzrə təminat dinamikasına nəzər yetirdikdə aydın olur ki, ötən il ölkənin mal əti və ət məhsulları üzrə özünütəminat səviyyəsi 88,5 faiz təşkil edib. Bu isə əvvəlki ilin nəticəsindən (88,4 faiz) cüzi - 0,1 faiz bəndi çoxdur.

    Qoyun və keçi əti üzrə özünütəminetmə səviyyəsində də artım var - 2023-cü ildəki 94,9 faizdən 96,5-ə qədər. Artım balıq və balıq məhsullarında da müşahidə olunub - 2023-cü ildəki 75,4 faizdən ötən il 77,3 faizə.

    Quş əti üzrə təminatda isə kəskin azalma qeydə alınıb. 2024-cü ildə göstərici 76,6 faiz təşkil edib ki, bu da 2023-cü ildəki 81,7 faizlə müqayisədə 5,1 faiz bəndi aşağıdır.

    Maraqlıdır ki, Azərbaycanda son illərdə mal və qoyun sayında sürətli azalma gedir. Bu şəraitdə xaricdən diri heyvan idxalı da artır. Lakin mal və qoyun əti ilə təminat səviyyəsi davamlı artım nümayiş etdirir.

    Ölkədə quşların sayı, istehsal olunan yumurta sayı, quş əti və ət məhsullarının istehsalı artsa da, özünütəminat səviyyəsi aşağı düşür. Rəsmi statistikaya əsasən 2024-cü ilin sonunda ölkənin quşçuluq təsərrüfatlarında olan quşların sayı 2023-cü ilin sonu ilə müqayisədə 7,3 faiz artaraq 12 milyon 91,5 min başa çatıb. Bu müəssisələrdə quş əti istehsalı isə diri çəkidə 82,3 min ton təşkil edib. Bu isə 76 min ton istehsalın qeydə alındığı 2023-cü illə müqayisədə 8,3 faiz çoxdur.

    Rəsmi ərzaq balansına əsasən 2024-cü ildə Azərbaycanda quş əti və ət məhsullarının istifadəsi 2023-cü ildəki 175 696 tondan 194 942 tona qədər artıb. İl ərzində bu məhsulların istehsalında da artım qeydə alınıb. Belə ki, istehsal 2023-cü ildəki 137 min 501 tondan 143 min 231 tona yüksəlib. İdxal da 31758 tondan 45184 tona çatıb.

    Bu zaman əhalinin şəxsi istehlakı 166 139 tondan 184 183 tona qədər artıb. İxrac isə 1977 tondan 2194 tona çatıb.

    Beləliklə, quş əti üzrə istehsal göstəricilərində artım var, amma özünütəminat səviyyəsi azalıb. Bunun səbəbi nədir? Ölkəni toyuq yumurtası ilə tam təmin edərək ixraca başlayan quşçuluq sektoru niyə ət istehsalını da sürətlə artırmır?

    Sualları cavablandıran Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənlinin “Yeni Müsavat”a dediyinə görə, ölkədə toyuq ətinə tələbat sürətlə artır: “Əvvəla, əhali sayı artır, ikincisi, ölkəyə gələn turistlərin sayı artır. Üçüncüsü isə mal və qoyun ətinin sürətlə bahalaşması fonunda quş əti qiymətləri sabit qalır, kəskin şəkildə ucuzdur. Bütün bunlar toyuq ətinə tələbatı onun istehsal sürətindən daha yüksək sürətlə artırır. Açığını deyim ki, Azərbaycanın quşçuluq təsərrüfatları qısa müddətdə ət istehsalını kəskin artırmaq potensialına malikdirlər. Necə ki, biz 2-3 ildə damazlıq və süfrə yumurtası ilə özünütəminat səviyyəsini 100 faizdən yuxarıya çatdırıb, ixraca başlamışıq, eyni qaydada toyuq ətində də istehsalı artıra bilərik. Nəinki bilərik, bunu istəyirik də”.

    Mürvət Həsənli ictimai birliyə sədr seçildi | Modern.az

    Mürvət Həsənli

    Assosiasiya rəhbəri bildirir ki, ətlik istiqamətdə ixtisaslaşan quşçuluq təsərrüfatlarının istehsalı artırması üçün bir sıra mühüm məsələlərin həllinə ehtiyac var: “Ölkəmizdə quş əti ilə təminatı yüz faizə qaldırmaq, ixraca hədəflənmək, həmçinin yerli bazarda toyuq əti və ərzaqlıq yumurtanın qiymətində artımın qarşısını almaq üçün müəssisələrin genişlənməsi, yeni istehsal texnologiyalarının tətbiqi vacib şərtdir. Bunun üçünsə torpaq sahələrinin əldə olunması və yaxud mövcud ərazilərdə yeni binaların tikintisi həyata keçirilməlidir. Belə ki, sovet dövründən tikilən tikililər quşçuluqda istifadə olunan müasir texnologiyaların tətbiqinə imkan vermədiyinə görə müəssisələr onları sökərək yerində, yaxud müasir texnoloji tələblərə uyğun olaraq bir qədər başqa ərazidə yeni binalar tikmək istyəyirlər. Çünki sovet dövründən tikilmiş inqubator stansiyaları, yem sexləri, kəsim sexləri və digər binalar yeni dövrün texnologiyasının tətbiqinə imkan vermir.Təsərrüfatlarda yenidənqurma işlərinin aparılması olduqca vacibdir. Lakin biz bunu edə bilmirik, çünki ölkəmizdə olan torpaqların əksəriyyəti kənd təsərrüfatı təyinatlıdır və iki kateqoriyaya aiddir: əkin və örüş. Əkin torpaqlarında əkinçilik, örüşdə isə mal-qaranın otarılması nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, ”kənd təsərrüfatı təyinatlı" adı altında qeydiyyata alınan torpaqların xeyli hissəsi nə əkin üçün, nə də örüş kimi istifadəyə yararlı deyil. Bir yabanı otun da bitmədiyi yararsız ərazilərimiz var ki, sənədlərdə kənd təsərrüfatı təyinatlı torpaq olduğu üçün həmin qayalıqda sahibkarlar bir toyuq hini də tikə bilmir. Ya da hansısa bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Buna ilk növbədə qanunvericiliyi bəhanə edən yerli icra hakimiyyətləri imkan vermir. Yerli icra hakimiyyəti orqanlarına təsərrüfatın genişləndirilməsi, müasir texnologiyaların tətbiqi üçün həyati əhəmiyyəti olan tikintilərin aparılması ilə bağlı müraciətlərimiz qulaqardına vurulur. Bir çox hallarda isə onlar əvvəlcədən tikinti üçün alınan icazələr əsasında işlərin həyata keçirilməsinə imkan vermirlər. Bu kimi hallar ölkənin ən iri quşçuluq təsərrüfatlarının inkişaf planlarına ağır zərbə vurmaqdadır".

    M.Həsənlinin sözlərinə görə, son 2 ildə dünyanın müxtəlif regionlarında yayılan xəstəliklər, xüsusilə də quş qripi quşçuluq sahəsinə çox böyük zərər vurub: “Bu səbəbdən bir ildir ki, ABŞ bazarında süfrə yumurtası manatla ifadə etsək, 1 AZN-ə qədər bahalaşıb, qardaş Türkiyədə qiymət 0,3 AZN-ə yaxınlaşır. Çox şükürlər olsun ki, Azərbaycanda bu ağır patogen xəstəliklə bağlı vəziyyət stabildir, yoluxma halına rast gəlinmir. Biz quşçuluq təsərrüfatları ölkəmizdə quş qripinə yoluxmanın qeydə alınması ehtimalını təsəvvür belə etməyə qorxuruq, çünki bu təqdirdə milyonlarla baş toyuq sürüləri qısa müddətdə məhv ola bilər. Bunun əsas səbəbi odur ki, təsərrüfatların istehsal binaları neçə illərdir dünya praktikasına uyğun təcridedilmə prosesinin təmin olunmasına imkan verməyəcək hala gəlib. İstifadə etdiyimiz binaların əksəriyyəti Sovet dövründən qalmadır, onların şərtləri müasir istehsal texnologiyalarını tətbiq etməyə imkan vermir. Bu binalarda hər hansı xəstəlik aşkarlandığı təqdirdə müxtəlif yaş qruplarından olan toyuq sürülərini bir-birindən təcrid etmək mümkün deyil.

    Ümumiyyətlə, bildirim ki, quşçuluğun ən mühüm spesifik xüsusiyyətlərdən biri təsərrüfatda bir mövsüm quş saxlandıqdan sonra bioloji fasilənin verilməsidir. Ancaq bu gün mövcud reallıqda bunu etmək mümkün deyil. Bioloji fasilə zamanı bir binada bir mövsüm quş saxlandıqdan sonra bina tamamilə boşaldılır, yuyulur təmizlənir, dezinfeksiya edildikdən sonra ən az 6 ay müddətinə boş saxlanılır. Bunu etməkdə məqsəd virus və bakteriyaların aparılan vaksinasiya proqramına qarşı immunitet qazanmasının qarşısını almaqdır. Təəssüf ki, bugünkü şərait Azərbaycanın quşçuluq təsərrüfatlarına bu vacib prosesi təmin etməyə imkan vermir".

    Quşçuluq təsərrüfatlarının daha bir problemi elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində 2024-cü ildən tətbiq olunan yeni tariflərdən qaynaqlanır: “İndiyədək bütün kənd təsərrünfatı istehsalçılarına digər biznes sahələrindən fərqli qoşulma sistemi və tarifləri tətbiq olunurdu. Bu, digər biznes sahələri ilə müqayisədə daha aşağı rentabelli, həmçinin çoxsaylı risk faktorlarından asılı olan kənd təsərrüfatı istehsalçıları üçün mühüm güzəşt demək idi. Lakin ölkədə tətbiq olunan yeni qanunverici baza, ona müvafiq olaraq Azərbaycan Respublikası Tarif(Qiymət) Şurasının 2024-cü ilin 3 may tarixində qəbul etdiyi ”Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinin tənzimlənməsi barədə" qərar kənd təsərrüfatı istehsalçıları ilə digər biznes sahələri üçün eyni tariflər tətbiqini nəzərdə tutur. Yeni tariflərə əsasən 600 kVt-lıq bir transformatorun qoyulması üçün quşçuluq təsərrüfatının 102-175 min manat arası qoşulma haqqı ödəməsi tələb olunur. Bundan əlavə, quşçuluq təsərrüfatları elektrik şəbəkəsinə qoşulma üçün texniki şərt almağa 70-100 min manat arası rüsumu ödəməli olurlar. Təxminən eyni vəziyyət qaz, su xətlərinə qoşulmada da mövcuddur. Bu, quşçuluq təsərrüfatları üçün çox böyük maliyyə yükü yaradır. Buna görə də kənd təsərrüfatı istehsalçılarının elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulması tariflərinin digər biznes sahələrindən fərqləndirilməklə, daha aşağı tariflərin tətbiq olunması son dərəcə vacibdir".

    Azərbaycan quşçuluq təsərüfatlarının kəsim avadanlıqlar ilə bağlı da çətinlikləri var: “Hazırda quş əti istehsalçıları bu cür avadanlıq və texnologiyaların idxalının 40 faizinin dövlət tərəfindən subsidiyalaşdırılması mexanizmindən yararlana bilmirlər, çünki bu dəstək onlara şamil olunmur. Qlobal bazarlarda son illərdə gedən bahalaşma şəraitində quş əti istehsalçıları avadanlıq və texnologiyaları yeniləmək üçün tələb olunan yüksək məbləğli investisiya qoyuluşlarını özləri həyata keçirə bilmirlər.

    Xüsusilə də bu gün quşçuluq təsərrüfatları köhnə və yaxuddakı ikinci-üçüncü əl işlədilmiş kəsim avadanlığı ilə işləyirlər. Nəticədə təsərrüfatlarda saxlanılan quşlar kəsim sexinin olmaması və yaxud olanların isə yararsız olduğuna görə diri halda satılır. Ölkəmizin özünü tam şəkildə quş əti ilə təmin etməsi, ixracın təmin olunması üçün digər problemlərlə yanaşı, bu problemin də həll olunması çox vacibdir. Yəni yetişdirilən quş mütləq sonucda kəsilərək istehlakçıya çatdırılmalıdır. Ancaq bu gün həm ölkəmizdə, həm digər ölkələrdə tələblər və normalar getdikcə yüksəldiyindən və dəyişdiyindən əldə olan texnologiya geri qalır və buna cavab vermir".

    M.Həsənlinin sözlərinə görə, bütün qeyd etdiyi çətinliklərlə bağlı Azərbaycanın Baş naziri də daxil olmaqla, bütün əlaqədar strukturlara müraciət ediblər: “Müraciətlərimiz bir neçə dəfə olub, hələlik real addımlar atılmayıb. Ümid edirik ki, açıqlanan rəsmi statistikadan sonra məsələ gündəmə gətiriləcək”.


    Oxunub: 64
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.