Ərdoğan polis bölməsinə basqından danışdı: "Bu xəbər hamımızı sarsıtdı"
Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda Professor Mümtaz Turhan Sosial Elmlər Liseyinin 2025-2026-cı tədris ilinin açılış mərasimində çıxış edib.
Ərdoğan İzmirin Balçova şəhərində polis bölməsinə edilən basqınla bağlı açıqlamalar verib.
"Bu gün İzmirdən şok bir xəbər aldıq. Bu xəbər hamımızı sarsıtdı. Silahlı hücumda iki polisimiz şəhid oldu. Şəhid polis əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm. Hücumu törədən 16 yaşlı gənc tutulub. Onun əlaqələri araşdırılır", - deyə Türkiyə lideri bildirib.
Qeyd edək ki, İzmirdə 16 yaşlı gəncin ov tüfəngi ilə polis bölməsinə hücumu nəticəsində polis rəisi Muhsin Aydemir və polis məmuru Həsən Akın şəhid olub, 6 nəfər yaralanıb.
Press-fakt
Oxunub: 20
Xəbəri paylaş
Paylaş: