Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı müxalifətə xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət əleyhinə etirazlarla bağlı açıqlama verib.
Türkiyə KİV-i xəbər verir ki, Ərdoğan bildirib:
"Biz heç vaxt küçələrimizdə iğtişaşlara və ya millətimizin əmin-amanlığının pozulmasına icazə verməyəcəyik, xüsusən də İstanbuldakı bacı-qardaşlarımın. Ana müxalifətin köhnə və yeni üzvləri arasında şiddətli hakimiyyət mübarizəsinin ölkənin nailiyyətlərinə xələl gətirməsinə imkan verməyəcəyik".
Qeyd edək ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul şöbəsi rəhbərliyinin, o cümlədən sədr Özgür Çelikin vəzifəsindən uzaqlaşdırılması və nəzarətin Gürsel Tekinin rəhbərlik etdiyi müvəqqəti şuraya verilməsindən sonra İstanbulda etiraz aksiyası keçirilib.
Bundan əvvəl 2023-cü ildə qurultay və səsvermə zamanı yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmədə iddia qaldırılıb./modern.az