NATO Rusiya-Polşa gərginliyini həll etmək üçün TOPLANIR

Rusiya PUA-ları Polşa hava məkanını pozub, Varşava 4-cü maddəyə əsasən məsləhətləşmə tələb edib.
Press-fakt xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşa hava məkanını pozduğunu və bu insidentdən sonra Polşa hökumətinin NATO-nun qurucu müqaviləsinin 4-cü maddəsinə əsaslanaraq müttəfiqlərlə məsləhətləşmələr tələb etdiyini açıqlayıb.
Rutte Şimali Atlantika Şurasının iclasından sonra verdiyi bəyanatda bildirib ki, Polşada Rusiyaya məxsus PUA-ların vurulmasında Polşa, İtaliya, Almaniya və Hollandiya istehsalı olan avadanlıqlardan istifadə olunub.
Baş katibin sözlərinə görə, müttəfiqlər Rusiyanın bu davranışını "ehtiyatsızlıq" kimi qiymətləndirərək, Polşa ilə tam həmrəylik nümayiş etdiriblər. Rutte qeyd edib:
“Aydın olan budur ki, ötən gecə baş verən hava məkanı pozuntusu təkcə bir insident deyil. Biz bu məsələni ciddiliklə qiymətləndiririk. NATO-nun Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ittifaqın şərq cinahında çəkindirmə və müdafiə duruşunu aktiv şəkildə idarə etməyə davam edəcək”.