Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Tik-Tok”erlik: Qısa zamanda tanınma, yoxsa təhlükəyə aparan yol?! - Psixoloq xəbərdarlıq edir
  • 100 il yaşamaq üçün nə etmək lazımdır?- Hər gün edilməli olan faydalı məşq
  • Gənclər və idman naziri: “Azərbaycan idmanının yeni strategiyası müəyyənləşdiriləcək"
  • Azərbaycan və İraq arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
  • Dünyada gənclərin 80 faizdən çoxu kifayət qədər fiziki məşq etmir –ÜST
  • FİTNES ZALLARINDA “GİZLƏNƏN” TƏHLÜKƏ...- Və ya ideal bədən istəyən gənclər üçün risklər

    • Tarix: 12-09-2025, 13:45

    Son illər Azərbaycanda gənclərin sağlam həyat tərzinə, fit görünməyə və “ideal bədən quruluşu” əldə etməyə marağı nəzərəçarpacaq dərəcədə artıb. Xüsusən də 18–30 yaşlı gənclər arasında fitnes zalları gündəlik həyatın bir hissəsinə çevrilib. Bu sahədə sosial şəbəkələrin də təsiri böyükdür. Məsələn, məşqçi kimi tanınan "Çaqayev” ləqəbli Emin Babayev, Samir Məmmədov və digərləri Tik-tok, YouTube, Instagram üzərindən yayımladıqları məşq videoları, fərdi proqramlar və motivasiya mesajları ilə gəncləri cəlb edir. 

    Onların paylaşdıqları videoların məzmunu qısa müddətdə yüksək nəticə əldə etmək və “əzələ kütləsini sürətlə artırmaq” kimi vədlərlə müşayiət olunur. Nəticədə gənclərin bir qismi zalda və ya evdə müntəzəm məşq etməsinə baxmayaraq, gözlədiyi nəticəni ala bilməyəndə daha sürətli çıxış yolu kimi müxtəlif idman qidalarına yönəlirlər.


    Bu cür satışlar isə formal keyfiyyət yoxlaması olmadan təşkil olunur ki, bu zaman da alıcılar nə etibarlı sertifikat, nə də laboratoriya hesabatı belə tələb edirlər.

    Bu məhsullar arasında xüsusən protein tozları, kreatin, amin turşuları və "pre-workout" əlavələri geniş yayılıb. Qiymətləri olduqca yüksək olan bu qida əlavələri çox vaxt məşqçilər üçün əlavə qazanc vasitəsinə çevrilir. Bir çox hallarda zalların özündə məşqçilər, hətta adi işçilər belə bu məhsulların satışını həyata keçirir. Burada əsas problem ondan ibarətdir ki, həmin əlavələri təklif edən şəxslərin əksəriyyətinin tibbi savadı yoxdur. Onların tövsiyələri daha çox kommersiya maraqlarına əsaslanır, nəticədə isə gənclər yanlış istiqamətləndirilərək potensial risklərlə üz-üzə qalırlar.


    Məsələn, Azərbaycan Tibb Universitetinin idman fiziologiyası üzrə mütəxəssisi professor Ədalət Rzayev qeyd edir ki, “protein və digər idman əlavələri əslində ciddi tibbi göstəriş əsasında, fərdin çəkisi, metabolik göstəriciləri və sağlamlıq durumu nəzərə alınaraq qəbul edilməlidir. Təəssüf ki, bizdə gənclər çox vaxt məşqçi və ya satıcının tövsiyəsi ilə, bəzən isə dostlarının dediklərinə əsaslanaraq bu məhsullardan istifadə edirlər. Bu isə qaraciyər, böyrək və hormonal sistemdə ciddi fəsadlar yarada bilər”.

    Dünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ildə yaydığı hesabatda da bildirilir ki, idman qidalarının nəzarətsiz istifadəsi sonsuzluq, qaraciyər zədələnmələri, həzm pozğunluqları, ürək-damar problemləri və psixoloji asılılıq riskini artırır.

    ABŞ-ın tanınmış qidalanma mütəxəssisi Michael Greger isə vurğulayır ki, protein əlavələrinin əksəriyyəti yalnız intensiv məşqlə məşğul olan peşəkar idmançılar üçün nəzərdə tutulub. Həvəskar idmançılar üçün isə düzgün balanslaşdırılmamış qidalanma çox vaxt sağlamlıq üçün ağır nəticələr verir.


    Məsələni daha da narahat edən tərəf isə məşqçilərin fəaliyyətində müşahidə olunan kommersiya yönümlü yanaşmadır. Emin Çaqayev, Samir Məmmədov və digər məşqçilər gənclərə motivasiya verərək idmana marağı artırmış kimi görünsələr də,  onların çox vaxt real imkanlardan kənarda olan sürətli nəticə vədləri müəyyən mənada yanlış gözlənti yaradır. Sosial şəbəkələrdə nümayiş etdirilən “ideal bədən” obrazı gənclərdə psixoloji təzyiq formalaşdırır, nəticədə isə onlar qısa yolla məqsədə çatmaq üçün riskli metodlara – müxtəlif qida əlavələrinə və bəzən də qanunsuz anabolik vasitələrə üz tuturlar.

    Bununla yanaşı, bəzi məşqçilərin fərdi proqram hazırlamaq adı altında yüksək məbləğdə vəsait tələb etməsi, məhsul satışından əlavə qazanc əldə etməsi obyektiv şəkildə kommersiyalaşmış fəaliyyət modelini ortaya qoyur. Bu isə idmanın sağlamlıq və həyat keyfiyyətini yaxşılaşdırmaq funksiyasını arxa plana keçirərək, onu biznes maraqlarına tabe edir.


    Beləliklə, gənclərin fit görünmək həvəsi və məşqçilərin sosial şəbəkələrdə yaratdıqları təsir mühitinin fonunda idman qidaları bəzən sağlamlıq üçün ciddi risklərə çevrilir. Əgər bu proses tibbi nəzarət və maarifləndirmə ilə müşayiət olunmazsa, yaxın illərdə gənclər arasında müxtəlif xroniki xəstəliklərin və psixoloji problemlərin artması qaçılmaz görünür.

    Məsələnin digər tərəfi isə bu cür məhsulların insan orqanizminə mümkün mənfi təsirləri ilə bağlıdır. 


    Qida məsələləri üzrə ekspert Fərid Səfərov bildirir ki, bu mövzuda maarifləndirməyə böyük ehtiyac var: “Əvvəlcə biz bilməliyik ki, idman qidaları nədir? Bura – zülal tozları və aminoturşular, pre-workout qarışıqları, vitamin-mineral əlavələri, karbohidrat tozları və elektrolit içkiləri və s. daxildir. Bu məhsulların məqsədi bədəni tez bərpa etmək, əzələ artımını sürətləndirmək, enerji və dözümlülüyü artırmaqdır”.

    F. Səfərov qeyd edir ki, bu cür idman qidalarının mümkün mənfi təsirləri var. O, həmin mənfi tərəfləri belə sadalayıb:

    -Mədə-bağırsaq problemləri – şişkinlik, ishal, qəbizlik (xüsusən çox zülal tozu qəbul ediləndə);

    -Böyrək və qaraciyər yükü – yüksək dozada zülal və kreatin uzunmüddətli istifadə zamanı həssas şəxslərdə problemlər yarada bilər;

    -Ürək-damar sisteminə təsir – pre-workout içkilərindəki kofein və stimulyatorlar təzyiqi qaldıra, taxikardiya və aritmiya riski yarada bilər;

    -Hormonal balans – bəzi idman əlavələri (xüsusilə anabolik effektli və steroid tərkibli olanlar) hormonal sistemi poza bilər;

    -Asılılıq və psixoloji təsir – daimi “enerji üçün” toz və içkilərə güvənmək psixoloji asılılıq yaradır, təbii performansın inkişafını ləngidir.


    Ekspert bildirir ki, uşaqlar və yeniyetmələr üçün bu vasitələr xüsusilə risklidir, çünki onların orqanizmi hələ inkişaf mərhələsindədir:

    -Yüksək doza protein və hormon təsirli əlavələr böyüməyə mənfi təsir göstərə bilər;

    -Bu dövrdə balans həssasdır, stimulyator və ya anabolik təsirli əlavələr gələcəkdə reproduktiv sağlamlığa mənfi təsir edə bilər;

    -Yüksək kofein, guarana, taurin kimi stimulyatorlar yuxusuzluq, əsəbilik, diqqət dağınıqlığı yarada bilər;

    -Piylənmə və metabolik pozğunluq riski – yanlış istifadə edilən karbohidratlı əlavələr yağlanma və insulin müqavimətinə səbəb ola bilər;

    -Süni vasitələrdən istifadə, özünəinam problemləri və bədən imici ilə bağlı narahatlıqlar yarada bilər.

    Ekspert əlavə edir ki, 18 yaşdan aşağı gənclərdə əsas diqqət təbii qidalanmaya (ət, balıq, yumurta, süd məhsulları, tərəvəz, meyvə, taxıllar) və düzgün məşq proqramına yönəlməlidir. Əlavələr isə yalnız həkim və dietoloq nəzarəti ilə, müəyyən çatışmazlıq olduqda istifadə olunmalıdır.

    Digər tərəfdən, gənclərin çoxu indiki dövrdə məhsulun keyfiyyətinə yox, qiymətinə baxaraq ucuz məhsulları seçir və nəticədə sağlamlıqlarını riskə atırlar. Araşdırmalar göstərir ki, bazarda satılan bəzi protein tozları və kreatin əlavələri sadəcə nişasta və ya şəkər tozundan ibarət olur – yəni heç bir idman effekti vermir, əksinə, artıq çəkiyə səbəb olur. Həmçinin anabolik steroidlər və hormon tərkibli qatqılar əlavə olunur ki, bu da gənclərdə hormonal balansı poza, sonsuzluq, dəri problemləri və hətta ürək-damar xəstəliklərinə gətirib çıxara bilir.

    Xüsusən ucuz və saxta məhsullarda qurğuşun, civə və arsen kimi maddələrin izləri tapılıb ki, bunlar qaraciyər və böyrəklər üçün son dərəcə təhlükəlidir.

    Təəssüf ki, Azərbaycanda bu əlavələrin idxalı üzərində ciddi nəzarət yoxdur. Gənclər, qeyd olunduğu kimi, məşhur treynerlərin adına və ya sosial şəbəkələrdə gördükləri reklamlara aldanaraq keyfiyyətsiz məhsullar alırlar. Ucuz məhsul alaraq qənaət etdiyini düşünən gənclər isə əslində öz sağlamlığını təhlükəyə atır və sonradan bu səhvinin bədəlini daha böyük sağlamlıq itkisi ilə ödəməli olurlar.

    E. Bəyməmmədli


    Oxunub: 66
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.