ABŞ-ın Avropadakı keçmiş komandanı: "Kreml imkanlarımızı yoxlamaq üçün məşq edir"

Rusiya pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması Avropada ciddi narahatlığa və geniş etirazlara səbəb olub.
Press-fakt xəbər verir ki, hadisə xüsusilə NATO üzvü olan dövlətlər arasında gərginlik doğurub.
ABŞ-ın Avropadakı hərbi qüvvələrinin keçmiş komandanı Frederik Ben Hodges bu pozuntunun təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Kremlin məqsədi Qərbin müdaxilə qabiliyyətini sınamaqdır:
“Kreml cavab müddətlərimizi və imkanlarımızı yoxlayaraq məşq edir. F-35 və F-22-lərin pilotsuz təyyarələrə qarşı istifadəsi hələ hazır olmadığımızı göstərir.”
ABŞ prezidenti Donald Tramp isə məsələ ilə bağlı ehtiyatlı mövqe sərgiləyib. O, Rusiya tərəfindən edilən pozuntunun səhv ola biləcəyini istisna etməyib:
“Rusiyanın pilotsuz təyyarələrlə Polşa hava məkanını pozması nə deməkdir? Buyurun,” – deyə Tramp bildirib və hadisədən məmnun olmadığını əlavə edib.
Hadisə ilə bağlı NATO və Avropa İttifaqı daxilində diplomatik müzakirələr davam edir.