"Bu canavara yalnız ölüm hökmü verilməlidir"- Tramp bu şəxsin edamını istədi

ABŞ Prezidenti Donald Tramp Şimali Karolina ştatında 23 yaşlı ukraynalı miqrant İrina Zarutskanı bıçaqlayaraq öldürən şəxsin edamla cəzalandırılmalı olduğunu bildirib.
ABŞ lideri bu barədə "Truth Social" media hesabından paylaşım edib.
O, Zarutskanın “sülh və təhlükəsizlik üçün ABŞ-a gəldiyini” vurğulayıb və qatilin yalnız sürətli məhkəmə prosesi ilə ölüm hökmünə məhkum edilməli olduğunu bildirib.

“Ukraynadan ABŞ-yə barış və təhlükəsizlik üçün gəlmiş gənc və gözəl qadını amansızca qətlə yetirən bu canavara yalnız ölüm hökmü verilməlidir. Başqa seçim yoxdur",-deyə Tramp qeyd edib.
Tramp həmçinin, bu cür cinayətkarların həbsxanadan azad edilməsinin yolverilməz olduğunu deyib və Zarutskanın ailəsinə başsağlığı verib.

Qeyd edək ki, Ukraynadakı müharibədən ABŞ-yə sığınan Zarutska, 22 avqustda Şimali Karolinanın Şarlotta şəhərində qatarla səyahət edərkən, afroamerikalı ABŞ vətəndaşı Dekarlos Brovn tərəfindən amansızcasına bıçaqlanaraq öldürülüb.
Məlumata görə, Bronun daha öncə 14 ağır cinayəti olub.
Press-fakt