Korrupsiya ilə mübarizə üçün UNİKAL ÜSUL: Süni intellekt botu nazir təyin edildi
Albaniyanın baş naziri Edi Rama dövlət satınalmaları üzrə nazir vəzifəsinə süni intellekt botunu təyin edib.
Bu barədə “Reuters” məlumat yayıb.
Baş nazir Edi Rama çıxışı zamanı bildirib ki, kabinetin ilk virtual üzvü olan Diella bütün iclaslarda iştirak edəcək. Onun sözlərinə görə, alban dilində “günəş” mənasını verən Diella rüşvətə meyilli olmayacaq, təzyiq və ya təsir cəhdlərinə qarşı davamlı olacaq.
Bu təyinat Albaniyanın uzun müddətdir Avropa İttifaqına üzvlük yolunu çətinləşdirən korrupsiyanı azaltmaq niyyəti ilə əlaqədardır.
Press-fakt
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: