"12 DEV ADAM" TARİX YAZDI...- Türklər yunanlara basketbol dərsi keçdi
“12 DEv Adam” kimi tanınan Türkiyənin A Milli Kişi Basketbol Komandamız 2025 Avropa Çempionatının (EuroBasket) yarımfinal oyununda Yunanıstanla qarşılaşıb. Ay-ulduzlular çətin görüşü 94-68 hesabı ilə qazanaraq, 24 ildən sonra finala adını yazdırıb.
Baş məşqçi Ergin Atamanın rəhbərlik etdiyi Türkiyə komandası "Arena Riga"-da keçirilən oyuna Şeyn Larkin, Şehmus Hazer, Cedi Osman, Ercan Osmani və Alperen Şengün beşliyi ilə başlayıb.

Hücumda da, müdafiədə də çox üstün çıxış edən ay-ulduzlular qarşılaşmanı 94-68 hesablı qələbə ilə başa vuraraq finala yüksəliblər.
Beləliklə, “12 Dev Adam” 24 ildən sonra yenidən Avropa Çempionatının finalına çıxmağa nail olub. Komanda sonuncu dəfə ev sahibliyi etdiyi EuroBasket 2001-də finala yüksəlmişdi.
Millilər final oyununda Finlandiyanı 98-86 hesabı ilə məğlub edən Almaniya ilə qarşılaşacaq.
Böyük görüş sentyabrın 14-də, bazar günü, saat 21:00-da keçiriləcək.
Press-fakt
