PUA hücumu: Polşa və NATO qırıcıları havalandı
Polşa Hərbi Hava Qüvvələri Ukraynanın qərbində PUA hücumu təhlükəsi ilə bağlı növbəti dəfə döyüş hazırlığına gətirilib.
Bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.
Eyni zamanda, Ukraynanın Polşa ilə həmsərhəd olan Volın vilayətində də hava hücumu ilə bağlı həyəcan siqnalı verilib.
Lublin hava limanı müvəqqəti bağlanıb. Hadisə regionda təhlükəsizlik səviyyəsini artırmaq və mümkün hücumlara qarşı cavab tədbirlərini sürətləndirmək məqsədi daşıyır.
Məlumata görə, hücum təhlükəsi ilə əlaqədar Polşa və NATO qırıcıları da havaya qaldırılıb./axar.az
Oxunub: 17
Xəbəri paylaş
Paylaş: