ABŞ-da kəşfiyyat təyyarəsi qəzaya uğrayıb
ABŞ-ın Vircinia ştatında Hərbi Dəniz Qüvvələrinə məxsus “E-2C Hawkeye” kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.
RİA Novosti xəbər verir ki, bu barədə ABŞ Hərbi Donanmasının mətbuat xidməti məlumat yayıb.
Təyyarədə olan iki pilot və digər iki ekipaj üzvü vaxtında paraşüt vasitəsilə eniş edə biliblər.
Qeyd edək ki, hadisə “Norfolk” Hərbi Dəniz Bazasından şimal-şərqdə, Vallops adası yaxınlığında təlim uçuşu zamanı baş verib.
Təyyarənin düşdüyü yerdə dağıntı və tələfat barədə məlumat verilməyib.
Qəzanın səbəbləri araşdırılır.
Oxunub: 525
Xəbəri paylaş
Paylaş: