Paşinyanın açdığı məktəbdə “Azərbaycan bayrağı” qalmaqalı - Stulların rəngi ilə "hörmətsizlik"

Ermənistanda Baş nazir Nikol Paşinyanın açılışını etdiyi məktəbdəki stullar sosial şəbəkələrdə qalmaqala səbəb olub.
İrəvan mediasının məlumatına görə, stulların rəng çalarlarında “Azərbaycan bayrağının” əks olunduğunu iddia edən ermənilər məsələni müzakirəyə çıxarıblar. Sosial şəbəkə istifadəçiləri və bəzi ictimai xadimlər bunu “hörmətsizlik” adlandıraraq hökuməti tənqid ediblər.
Maraqlıdır ki, məktəbin avadanlığı sadəcə rəngarəng təhsil mühitinin yaradılması üçün seçilsə də, Ermənistanda bunu belə şişirdilmiş mübahisə mövzusuna çevirməkdən çəkinməyiblər.
Press-fakt
Oxunub: 25
Xəbəri paylaş
Paylaş: