İrəvanda etiraz yürüşü -
Minlərlə qadın küçələrə axışdı
Ermənistanda etiraz aksiyaları davam edir.
Globall.az xəbər verir ki, bu gün müxtəlif siyasi partiyaları təmsil edən qadınlar İrəvan küçələrində yürüşə başlayıb.
Təxminin bir neçə min qadının iştirak etdiyi yürüşdə Baş nazir Nikol Paşinyanın istefası tələb olunub. Yürüş iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirərək, istefa çağırışları ediblər.
Qeyd edək ki, aprelin 25-dən başlayaraq Ermənistanda kütləvi etiraz aksiyaları keçirilir. (modern.az)
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: