Nepalın Müvəqqəti Baş Naziri seçildi və... 6 ay sonra gedəcəyini elan etdi
Kommunist və mərkəzçi hökumətin devrilməsindən sonra sosial media platforması Discord-da etirazçılar tərəfindən seçilən Nepalın müvəqqəti baş naziri Suşila Karki təyin olunduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxış edib və ölkədə seçilmiş hökumətə malik olduqdan sonra, yəni altı ay ərzində istefa verəcəyini bildirib.
Press-fakt Reuters-ə istinadla xəbər verir ki, Nepalda yeni seçkilər gələn il martın 5-nə təyin edilib.
Cümə günü, sentyabrın 12-də müvəqqəti baş nazir vəzifəsini icra edən Suşila Karki, "Mən bu işi istəmirdim. Məni bu işi qəbul etməyə inandıran küçənin səsi oldu" dedi.
Nepalın keçmiş baş hakimi olan 73 yaşlı Karki "Z nəsli" adlanan etiraz liderlərinin və ya təxminən 30 və daha gənc yaşda olan insanların tələbi ilə baş nazir oldu.
"Biz Z nəslinin düşüncəsinə uyğun işləməliyik. Bu, korrupsiyaya son qoyulmasını, yaxşı idarəçiliyi və iqtisadi bərabərliyi tələb edir",- Karki deyib.