Türk hərbi sənayesi Amerikaya ayaq açdı - Təsdiq
Braziliya Konqresi Türkiyə ilə hərbi sənaye sahəsində 5 illik əməkdaşlıq müqaviləsini rəsmən təsdiqləyib.
Sənədə birgə istehsal, tədqiqat, modernləşdirmə, həmçinin üçüncü ölkələrə birgə satış daxildir.
Razılaşmaya əsasən, Türkiyə hərbi sənaye şirkətlərinə Braziliya bazarında yeni imkanlar veriləcək, Braziliya texnoloji imkanlardan və istehsal potensialının inkişaf proqramlarından yararlana biləcək.
Türkiyə şirkətləri son illərdə Braziliyanın hərbi sənayesində fəal iştirak edir. Məsələn, “Otokar”ın “TULPAR” zirehli maşını Braziliya Müdafiə Nazirliyinin elan etdiyi tenderlər siyahısına daxil edilib, “Kale”nin KTJ-3200 mühərriki yeni raket proqramı üçün nəzərdən keçirilir, “Canik” isə ağır pulemyotların tədarükü tenderini qazanıb.
Braziliya türk pilotsuz təyyarələrinin, xüsusilə “Bayraqdar TB2”-nin istifadə imkanlarını da öyrənir./axar.az