Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Yeni nazir təyin edilən Rahid Ələkbərli kimdir? - DOSYE
  • Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE
  • Avropa Yenidənqurma və İnkişaf Bankında yeni təyinat: Azərbaycanlı xanıma yüksək vəzifə verildi -FOTO
  • Birinci kurs tələbələrinə nə qədər TƏQAÜD VERİLƏCƏK? - Araşdırma
  • "Skyworth" televizorlarında casus proqramı aşkarlanıb
  • İbrahim Nəbioğlu

    • Tarix: 17-09-2025, 01:44

    Aygül Fərzalıyeva 1991-ci ildə Tovuzun Qaraxanlı kəndində doğulub.
    Təhsilini Azərbaycan Texniki Universitetində bakalavr, Dövlət İdarəçilik Akademiyasında magistr, eləcə də Şimali Amerika Universitetində Biznes və Data Analitikası üzrə magistr dərəcələri ilə tamamlamışdır.

    Aygül hazırda ABŞ-da biznes və Data analitikası, ekonometriya və statistik modelləşdirmə üzrə ixtisaslaşmış, biznes və data analitik kimi karyerasını davam etdirir…

     

    Dr. Aygül Fərzalıyeva Amerikanın müxtəlif elmi və elmi-populyar dərgilərində çap olunur. İstedadlı həmyerlimizin araşdırmalarının gənclərə maraqlı olacağı düşüncəsi ilə onun yeni məqaləsini disqqətinizə çatdırırıq…

     

     

    Statistik Modellər və ML əsasında İnvestisiya Qərarlarının Qiymətləndirilməsi

    İnvestisiya dünyası daim dəyişir və iqtisadi bazarlardakı qeyri-müəyyənlik hər zaman təkrarlanır. İnvestorlar üçün əsas problem yalnız gəlir əldə etmək deyil, eyni zamanda riskləri düzgün qiymətləndirərək sərmayəni qorumaqdır. Bu məqamda statistikaya və ehtimala əsaslanan yanaşmalar həyati rol oynayır.

    Statistik metodlar keçmiş məlumatları təhlil etməyə, bazar tendensiyalarını anlamağa və gələcəkdə baş verə biləcək dəyişiklikləri proqnozlaşdırmağa imkan verir. Ehtimal nəzəriyyəsi isə risklərin qiymətləndirilməsini mümkün edir, yəni hər bir sərmayənin uğur və ya uğursuzluq ehtimalını hesablamağa kömək edir. Statistik modellər və ehtimal hesablamaları olmadan investorlar yalnız intuisiya və fərziyyələrə əsaslanmalı olardı ki, bu da böyük itkilərlə nəticələnə bilər. Bu səbəbdən müasir investisiya qərarlarının verilməsində statistikaya və ehtimala əsaslanan yanaşmalar artıq sadəcə seçim deyil, strateji zərurətə çevrilmişdir. Buna ilkin misal olaraq müxtəlif iqtisadi göstəricilər arasındakı əlaqələri müəyyən etməyə kömək edən və maliyyə şirkətlərin tərəfindən istifadəsinə əhəmiyyətli dərəcədə yer ayrılan regressiya analizini göstərmək olar.

    ABŞ-da aparılan bir araşdırmaya görə, S&P 500 indeksindəki dəyişikliklərin 62%-i faiz dərəcələri və inflyasiya ilə izah edilə bilir. Belə ki, S&P 500 indeksi ABŞ-dakı 500 böyük şirkətin səhmlərinin qiymətlərinin orta göstəricisidir. Bu indeksin dəyişməsinə səbəb olan bir çox faktor var, məsələn, iqtisadi artım, şirkət gəlirləri, siyasi qərarlar, sazişlər və s. Araşdırma göstərir ki, indeksin qiymət dəyişikliklərinin təxminən 62%-i sadəcə faiz dərəcələri və inflyasiya kimi makroiqtisadi göstəricilərlə izah olunur. Yəni faiz dərəcələri qalxdıqda və ya inflyasiya artdıqda indeksin necə hərəkət edəcəyini təxmin etmək olar. Bu, investorların yalnız bazar xəbərlərinə deyil, statistik modellərin proqnozlarına daha çox güvənməsinə səbəb olur. Belə ki, bir çox statistik modellər data bazaya əsaslanaraq gələcək proqnozlar verməyə imkan tanıyır.

    2008-ci ildə baş verən qlobal maliyyə böhranı bütün dünya iqtisadiyyatını sarsıtdı. ABŞ-da ipoteka bazarındakı problemdən başlayan böhran qlobal maliyyə sisteminə yayıldı və Avropa ölkələrində bankların və maliyyə institutlarının ciddi zərərlər yaşamasına səbəb oldu. İşsizlik artdı, istehlak azaldı və iqtisadi artım demək olar ki, dayandı. Bu çətin dövrdə Avropa Mərkəzi Bankı (European Central Bank, ECB) böhrandan çıxış üçün strateji qərarlar qəbul etməli idi.

    ECB bu məqsədlə zaman sırası analizi (time series analysis) metodundan istifadə etdi. Zaman sırası modeli, iqtisadi göstəricilərin – məsələn, ÜDM, inflyasiya, faiz dərəcələri, işsizliklə bağlı olan məlumatların keçmiş data bazasına istinad edərək dəyişənlərin xarakterini təhlil edib onların gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmağa imkan verir. Bu analiz sayəsində bank əvvəlcədən müəyyən edə bildi ki, hansı ölkələrdə işsizlik daha sürətlə artacaq, hansı ölkələrdə inflyasiya sabit qalacaq və hansı sahələrdə kredit siyasətində dəyişikliklər aparmaq lazımdır. Bu yanaşma ECB-ə böhrandan çıxış strategiyasını daha məlumatlı və effektiv hazırlamağa imkan verdi. Məsələn, zaman sırası analizi nəticəsində bank müəyyən etdi ki, bəzi ölkələrdə faiz dərəcələrini aşağı salmaq və likvidliyi artırmaq iqtisadi sabitliyi bərpa etmək üçün əsas addımdır. Digər tərəfdən, müəyyən göstəricilərin gecikməsini və zamanla dəyişiklik tempini analiz etməklə, ECB kredit və yardım paketlərini daha hədəfli şəkildə yönəldə bildi.

    Digər bir misal; Monte Carlo simulyasiyası isə müxtəlif ssenariləri nəzərdən keçirərək riskləri qiymətləndirir. Bu metod minlərlə ssenarini hesablayaraq müəyyən investisiya qərarının mümkün nəticələrini göstərir. ABŞ-da aparılan bir tədqiqatda göstərilmişdi ki, Monte Carlo yanaşmasından istifadə edən investorların portfellərindəki itkilər orta hesabla 18% daha az olmuşdur. Harry Markowitz-in orta gətiri dispersiya modeli investorun kapitalını müxtəlif aktivlər arasında elə bölüşdürməsini tövsiyə edir ki, eyni vaxtda həm risk minimuma endirmək olsun, həm də gəlir maksimum səviyyədə qalsın. Dünyanın ən böyük investisiya fondlarından olan Norveç Dövlət Neft Fondu məhz bu prinsip əsasında idarə olunur. Hazırda fondun dəyəri 1,4 trilyon ABŞ dollarıdan çoxdur və 70-dən artıq ölkənin bazarlarına yatırılmış aktivlər balanslaşdırılmış şəkildə bölüşdürülüb.

    Statistik modellərin tətbiqi yalnız üstünlüklərdən ibarət deyil. Modellərin dəqiqliyi çox vaxt məlumatların keyfiyyətindən asılıdır. İnkişaf etməkdə olan ölkələrdə bəzən statistik göstəricilər natamam və ya gecikmiş formada təqdim olunur ki, bu da modellərin düzgün nəticə verməsinə mane olur. Bazarda qəfil və gözlənilməz dəyişikliklər – məsələn, pandemiya və ya müharibə statistik modellərin proqnozlarını alt-üst edə bilər. COVID-19 pandemiyası dövründə 2019-cu ildə hazırlanan bütün makroiqtisadi modellər faktiki olaraq aktuallığını itirdi. Lakin eyni zamanda bu dövrdə yeni metodların məsələn, stoxastik differensial tənliklərə əsaslanan modellərin tətbiqi artdı və qısa müddətdə investorlar üçün daha çevik proqnozlar təqdim etməyə imkan yaradır.

    Praktik nümunələr göstərir ki, böyük beynəlxalq fondlar və korporativ investorlar statistik modellərə əsaslanaraq daha sabit gəlir əldə edə bilirlər. Maliyyə böhranları zamanı bu yanaşmadan istifadə edən şirkətlər riskləri daha tez müəyyən edərək kapital itkisini minimuma endirə bilmişdilər. Hətta fərdi investorlar belə sadə proqnozlaşdırma alətləri ilə bazar tendensiyalarını izləyərək daha inamlı addımlar ata bilirlər. Statistik modellər əsasında investisiya qərarlarının qiymətləndirilməsi həm fərdi, həm də korporativ səviyyədə uğurun açarıdır. Bu yanaşma investorun emosional səhvlərdən uzaq, rəqəmlərə əsaslanan qərarlar qəbul etməsinə kömək edir. Əgər bu gün dünyada uğurlu fondlara, iri dövlət sərvət fondlarına və hətta fərdi investorların ən yaxşı nəticələrinə baxsaq, hamısında ortaq bir cəhət görürük – onlar qərarlarını təsadüfi şəkildə deyil, statistik modellərin dəstəyi ilə verirlər. Çox yaxın gələcəkdə süni intellekt və ML metodlarının inkişafı ilə statistik modellərin əhəmiyyəti daha da artacaq.

    Artıq bir çox ölkələrdə, xüsusilə ABŞ və Çində, investisiya fondlarının qərarları böyük ölçüdə ML modelləri, neyral şəbəkələr və stoxastik analiz vasitəsilə dəstəklənir. Bu isə o deməkdir ki, yaxın illərdə investorlar üçün ən etibarlı yol göstərici elə statistik modellərin özləri olacaq.

    Artıq mürəkkəb və böyük verilənlər bazalarına malik şirkətlərdə, statistik metodlarla yanaşı, maşın öyrənməsi (ML) də investisiya qərarlarının verilməsində geniş tətbiq olunur. ML metodları daha mürəkkəb və böyük verilənlər bazasına (big data) uyğunlaşdırılmışdır. Neyral şəbəkələr, Random Forest və digər ML alqoritmləri yüz minlərlə göstəricini eyni anda təhlil edərək nümunələri aşkar edə bilir və qeyri-xətti, kompleks münasibətləri proqnozlaşdırmaqda statistik modellərdən daha çox üstünlük göstərir. ML metodları adaptivdir və bazarda yeni məlumatlar gəldikcə modelləri özünü avtomatik yeniləyir, bu isə investor üçün daha çevik və real zamanlı proqnozlar deməkdir. Lakin ML nəticələri bəzən “qara qutu” kimi qalır, yəni modelin qərarlarını tam izah etmək çətindir.

    Yekun olaraq, statistik modellər və maşın öyrənməsi yanaşmaları bir-birini tamamlayır. Statistik metodlar daha aydın və izahlı proqnozlar təqdim edir, riskləri ölçmək və strateji qərarlar qəbul etmək üçün etibarlıdır. ML isə böyük verilənlər bazası və kompleks nümunələrdə əlavə üstünlük verir, xüsusilə də qısa müddətli və real vaxt proqnozlarında. Müasir investisiya mühitində ən güclü nəticə həm statistik modellərin, həm də ML metodlarının inteqrasiyası ilə əldə edilir, beləliklə investorlar həm məlumatlı, həm də adaptiv şəkildə qərar qəbul edə bilirlər.

    Azərbaycanın maliyyə bazarında isə bu statistik modellərin tətbiqində aydın nəzərə çarpan müəyyən boşluqlar mövcuddur və onların aradan qaldırılması yerli və xarici investorlar üçün əlavə imkanlar yarada bilər. Fərqli metodların tətbiqi ilə maliyyə bazarlarında və ya birjalarda səhmlərin və indekslərin gələcək qiymət dəyişikliklərini proqnozlaşdırmaq, portfellərdə riskləri qiymətləndirmək və kredit borc portfellərinin ödəniş qabiliyyətini analiz etmək olar.

    İbrahim Nəbioğlu


    Oxunub: 19
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.