İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
İranda İsrail kəşfiyyatına (Mossad) casusluq etməkdə təqsirli bilinən Babək Şahbazi adlı İslam Respublikası vətəndaşı edam olunub.
Məlumatı "Mehr" agentliyi yayıb.
Məlumata görə, kəşfiyyat, casusluq və təhlükəsizlik sahəsində İsraillə əməkdaşlıqda ittiham olunan şəxs məhkəmə prosesindən keçdikdən və Ali Məhkəmə tərəfindən hökmü təsdiqləndikdən sonra sentyabrın 17-də səhər saatlarında edam edilib.
Qeyd edək ki, Ram Xodan oğlu Babak Şahbazi telekommunikasiya, hərbi və təhlükəsizlik təşkilatları, mərkəzləri ilə əlaqəli şirkətlərdə podratçı kimi sənaye soyutma cihazlarının layihələndirilməsi, quraşdırılması sahəsində çalışıb./report
Oxunub: 11
Xəbəri paylaş
Paylaş: