ERMƏNİLƏR UKRAYNADA BÖYÜK İTKİLƏR VERİR - Sensasiyalı faktlar və rəqəmlər AÇIQLANDI
Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində Rusiya ordusuna 10 minlərlə (!) erməninin qatıldığı məlum olub.
Bu barədə tanınmış erməni jurnalist və bloqer Roman Baqdasaryan məlumat yayıb.
Onun paylaşımından məlum olur ki, ermənilər kütləvi şəkildə işğalçı ordunun sıralarında Ukrayanya qarşı döyüşür və məhv edilirlər.
Baqdasaryan yazır ki, Rusiya-Ukrayna müharibəsinin ilk günündən o və həmkarları Rusiya tərəfindən müharibəyə qatılıb məhv edilən bütün ermənilərin fotolarını və adlarını dərc edir. Bunlar Rusiyadan, Ermənistandan və Qarabağdan gələn, sonradan Rusiya işğalçı qüvvələrinə cəlb edilən erməni muzdlulardır: “Son 3,5 il ərzində “Ermənistan Respublikası” “telegram” kanalında 3265(!) ölmüş erməni haqqında məlumat dərc etmişik. Bu gün platformalarımızda son bir ayın məlumatlarını dərc edirik: bu müddət ərzində Rusiya, Ermənistan və Qarabağdan gələn daha 107 erməninin həlak olması ilə bağlı məlumat aldıq… Beləliklə, daha 107 erməninin cəsədi Rusiya və Ermənistana çatdırılıb. Onlardan 81-i Rusiya vətəndaşıdır, qalanları Ermənistan vətəndaşıdır və ya Ermənistanda “verbovka” ediliblər”.

Baqdasaryan qeyd edir ki, açıqlanan 3265 rəqəmi şərtidir, çünki bunlar yalnız barəsində rəsmi məlumat olan və paylaşılan ermənilərdir: “Son 3,5 ildə cəbhəyə gedən hər kəs(ermənilər nəzərdə tutulur-red.) ya ölüb, ya itkin düşüb, ya da onunla əlaqə kəsilib. Açıq mənbələrdə 3265 ölmüş erməni ilə bağlı məlumatlar dərc olunub, lakin bizə məlum olmayan hissə də var və qurbanların sayı 4500-ü keçə bilər. Rusiya tərəfdən yaralı ermənilərin sayı isə 12-15 min(!) nəfərdir. Fikir verin, Rusiya tərəfində döyüşən və ölən kütləvi sayda erməni var və hamı buna susur...”
Göründüyü kimi, Rusiya işğalçı ordusunda on minlərlə erməninin döyüşdüyü və bunlardan ölü və yaralı olaraq, üst-üstə 20 minə yaxın(4500 ölü, 15000 yaralı) itki verildiyi üzə çıxır. Özü də bunu erməni jurnalist bəyan edir. Əlbəttə ki, kiçik Ermənistan üçün bu, olduqca böyük, hətta fantastik itki sayıla bilər.
Baqdasaryan həmçinin etiraf edib ki, ölmüş və yaralanmış ermənilərin ailə üzvləri onlar barəsində məlumatların yayılmasının əleyhinə çıxırlar. Çünki işğalçı ordu tərəfində döyüşdükləri və öldükləri üçün qınağa məruz qalırlar: “Son vaxtlar biz ermənilərin və Qarabağ ermənilərinin fotolarını dərc etmirik, çünki onların ailələri isterikadadırlar və bütün şəhərdə onları qınayır, biabır edirlər. Biz bunu başa düşürük və ölkəmizdən gedən muzdluları dərc etmirik, ancaq bu məlumatları çatlarımızda yayırıq”.

Baqdasaryan daha sonra erməni muzdluların rus ordusuna cəlb edilməsi mexanizmini açıqlayır və qeyd edir ki, bu məsələdə Qarabağdan qaçmış “erməni generalları” xüsusi canfəşanlıq göstərirlər: “Unutmayın ki, Ermənistandan rus ordusuna “verbovkanı” Qarabağ generalları və məmurları, erməni oliqarxların ailələri, Gümrü meri Vardan Qukasyanın, Ara Abramyanın(“Rusiya erməniləri ittifaqı”-nın sədri, oliqarx – red.), Don Piponun(Rusiyanın nəzarətindəki kriminal avtoritet Artur Asatryan-red.) adamları və digər “zibil bandaları” həyata keçirir. Ermənistanda ən çox orduya cəlb olunanlar Abovyan, Hrazdan, Çarentsavan, Cermuk, Gümrü və s. bölgələrdəndir.
“İşə götürənlər” ilk növbədə əvvəllər döyüşmüş və çoxlu pul qazanmaq istəyən insanları yoxlayır. Adətən muzdluları restorana dəvət edirlər, içki verirlər və səhər bu vəziyyətdə Moskvaya, oradan da cəbhəyə göndərirlər”.
Göründüyü kimi, erməni cəmiyyətinin qanındakı işğalçılıq, Rusiyanın imperiya qulu olmaq, tamahkarlıq meylləri özünü bu gün də büruzə verir. Bu da ilk növbədə elə öz başlarında çatlayır. Ermənilərin bu müharibədə məhz işğalçı Rusiyanın tərəfini seçməsi isə “tay tayını tapar” misalını xatırladır…
Xatırladaq ki, hələ işğalçılıq müharibəsinin ilk günlərindən Rusiya tərəfində döyüşən ermənilərdən ibarət “Arbat” batalyonu yaradılmışdı. Ukrayna ordusu bu batalyonu bir neçə dəfə darmadağın edib. Onun başçısı olan kriminal avtoritet Armen Sarkisyan isə Ukrayna xüsusi xidməti tərəfindən Moskvada, yaşadığı evdə partladılaraq, məhv edilib.
C.Məmmədli