ADAU vergi borcu olan bu şirkətlə müqavilə bağladı (?!) - FOTOFAKT

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) “Tim Consulting” MMC ilə “Rəqəmsal Elektron Universitet modelinin qurulması” xidmətinin satınalınması üçün müqavilə imzalayıb.
Müqavilənin məbləği 36 min manat təşkil edir.
Press-fakt 32gun.az-a istinadla xəbər verir ki, qalib şirkətin vergi borcu mövcuddur. Belə ki, “Tim Consulting” MMC-nin dövlətə 36 493,66 manat həcmində vergi borcu var.
Şirkətin qanuni təmsilçisi Teymur Hidayət oğlu Hacıyev, nizamnamə kapitalı isə cəmi 10 manat göstərilir.
Qeyd edək ki, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanovdur.
Oxunub: 49
Xəbəri paylaş
Paylaş: