Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • MEHDİYEVİN HƏDƏLƏDİYİ ŞƏXSLƏR DANIŞDI – “Ona 3 gün vaxt verirəm..."
  • “Mitinqi Mehdiyev açmışdı...” – “İşdən çıxandan sonra başlayıblar “çırpmağa”, ayıbdır!”
  • BİLİK VƏ TƏPİK – Gərəyi və dəyəri
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Ramiz Mehdiyevin ittiham yüklü yeni yazısı: "Hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıblar"

    • Tarix: 1-09-2020, 19:10

    Ramiz Mehdiyevin yeni hücumu:  "Hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıblar"


    Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev son günlər ona ünvanlanan tənqidlər və ittihamlarla bağlı növbəti dəfə cavab yazısı ilə çıxış edib. "Tənqidlə böhtanı səhv salanlar, yaxud ötən yazılarımın izi ilə..." adlı yazıda R.Mehdiyev yenə də mətbuatın ünvanına sərt fikirlər səsləndirib. Həmin yazını olduğu kimi təqdim edirik:

    "Töhmət edir qəzetçilər, - məşəri-nası bir belə!

    Özlərinin, inan ki, yox fəhmü zəkası bir belə!

    Cümlə məarif əhlinin haləti göz önündədir, -

    Vəchi-məaşı bir belə!.. Dərdü bəlası bir belə!

    Madəri – elmə söylənir Məryəmə söylənən tühəm

    Elmin anası bir belə, cəhlin atası bir belə!

    Mirzə Ələkbər Sabir

    Azərbaycan mətbuatının və ictimai fikrinin ölkəmizin taleyüklü məsələlərinə nə dərəcədə həssas, obyektiv və təfəkkürlə yanaşdığını müəyyənləşdirmək üçün “Ermənistanın hibrid müharibəsi fonunda Dövlətimizin maraqları hər şeydən üstündür” adlı sonuncu məqaləmin doğurduğu müzakirələri diqqətlə izlədiyimi bildirmək istəyirəm. Lakin təəssüflə qeyd etməliyəm ki, tanış olduğum rəylər və şərhlər məndə jurnalistlərimizin və ekspertlərimizin hələ də ölkəmizin təhlükəsizliyini, ərazi bütövlüyünü, gələcəyini təhdid edən reallıqların mahiyyətini və miqyasını dərk edə bilmədiyi təəssüratını yaratmış oldu.

    Doğrudur, baş verənlərdə hər vəchlə şəxsim ətrafında yaradılmış ucuz şounu uzatmağa, ona daha çox tamaşaçı cəlb etməyə çalışan qaraguruhçuların, şəxsi bacarıqsızlığı ucbatından həyatda heç bir ciddi mövqe qazana bilməyib, bunun təqsirini məndə axtaranların da rolu az deyil.
    Özlərini gözə soxmaq, süfrə qır-qırıntısından pay almaq üçün dəridən-qabıqdan çıxan həmin şəxslər ictimaiyyətin diqqətini xalqımızın və dövlətimizin gələcəyi baxımından olduqca vacib olan məsələlərdən yayındırıb, onun başını nağıllarla qatmaqla xalqımıza böyük pislik edirlər. 20% torpaqları düşmən tapdağı altında olan, pandemiyanın doğurduğu sosial-iqtisadi çətinliklərlə mübarizə aparan bir ölkənin gündəmini Ramiz

    Mehdiyevin nəvəsinin məclisi ilə məşğul etməkdə maraqlı görünənlərin dövlətimizə dost olmadığı gün kimi aydındır.
    Ədalətdən söz düşmüşkən mən ilk açıqlamamdakı müraciətimi bir daha yada salmaq istəyirəm. Üzümü millət vəkillərimizə və media nümayəndələrinə tutaraq xatırladıram ki, karantin günlərində müxtəlif məclislər təşkil etməklə, inzibati xəta törədən və sosial şəbəkələrin müzakirə mövzusuna çevrilən yüksək vəzifəli şəxslərin heç biri hələ də əlləri qandallı məhkəmə önünə çıxarılmayıb.

    31 avqust 2020-ci il tarixli çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bir daha hər kəsin qanun qarşısında bərabər olduğunu və kimliyindən asılı olmayaraq qanunları pozanların cəzalandırılacağını xüsusilə vurğulamışdır. Obyektivlik naminə qeyd etmək lazımdır ki, dövlət başçısı bu fikri hər zaman, xüsusilə də karantin rejiminin ilk günlərindən etibarən dəfələrlə səsləndirmişdir. Ancaq nədənsə qanunların icrasına gəldikdə məsul qurumlar və mətbuatımız pozuntulara xüsusi seçim qaydasında yanaşmağa üstünlük verirlər. Heç şübhəsiz ki, bu seçimin, bu “diqqətin” meyarları bütün cəmiyyətimiz kimi mənim üçün də qaranlıq qalır.
    İnanmaq istəyirəm ki, qanun keşikçiləri və qanunun aliliyi haqqında ağızdolusu danışmaq üçün bir-birilə qızğın rəqabətə girişmiş qələm sahiblərimiz və millət vəkillərimiz ölkə başçısının çağırışlarına qulaq verəcək, özlərində qətiyyət toplayaraq bütün günahkarları ifşa edə biləcəklər. Bu, Prezidentin onların qarşısında qoyduğu vəzifə və mənəvi öhdəlikdir. Dövlət başçısının tapşırıqları isə istisnasız, vaxtlı-vaxtında icra olunmalıdır.

    Sonuncu yazıma verilən reaksiyalar məsələsinə geri dönərək, qeyd etmək istəyirəm ki, mətbuatın problemləri və onların səbəbləri haqqındakı mülahizələrimin subyektiv şəkildə yanlış istiqamətə yozulması məni xüsusilə təəccübləndirdi. Mən kimin nə deməsindən asılı olmayaraq yenə də öz fikrimdə qalıram. Bu həyatda hər kəs öz mənəvi prinsipləri çərçivəsində, dünyagörüşünə, özü üçün müəyyən etdiyi ləyaqət kodeksinə uyğun yaşayır. Hər zaman belə olub, belə də olacaq. Satılmaq istəyənlər satılacaq, əqidəsini dəyişmək istəyənlər dəyişəcək və belə insanların öz hərəkətlərini əsaslandırmaq üçün həmişə bir bəhanəsi tapılacaq.

    Dini mətnlərin bildirdiyinə görə, Adəmdən həzrəti Məhəmmədə qədər bəşəriyyətə minlərlə peyğəmbər göndərilib. Lakin onlar nəinki bütün insanlığı, bəzən heç ətrafındakı səhabələrini belə bütünlüklə islah etməyə müvəffəq olmayıblar.
    İsa peyğəmbəri satan və ondan üz döndərən bəzi həvarilərin xəyanəti, Məhəmməd peyğəmbərin ölümündən sonra səhabələr arasında baş verən nifaqlar, onun nəvəsi İmam Hüseynin ailəsi ilə birlikdə özünü müsəlman hesab edən bir cəmiyyətin qorxaqlığı və hərisliyi səbəbindən xaincəsinə şəhid edilməsi insan xislətinin naqisliyinə dəlalət edən danılmaz tarixi sübutlar deyilmi?
    Peyğəmbərlərin belə öhdəsindən gələ bilmədiyi bir missiyanın yerinə yetirilməsini məndən gözləyənlər ya çox sadəlöhv, ya da hədsiz dərəcədə qərəzli şəxslərdir.

    Azərbaycan mətbuatının problemləri və onun inkişaf perspektivləri məni daim narahat edən məsələlərdən olub. Mən bu barədə öz fikirlərimi yazmışam və KİV redaktorları ilə görüşlərimdə də mövqeyimi dəfələrlə onlara çatdırmışam.
    Administrasiyanın rəhbəri olduğum dövrdə də, indi də Azərbaycan mətbuatının vəziyyəti məni əsla qane etməyib. Onu da qeyd etməliyəm ki, bəzi şəxslərin bu məsələdə zaman-zaman mənə təklif etdikləri dekorativ, aldadıcı dəyişikliklərin qəti əleyhinə olmuşam.

    Televiziyaların loqolarını və studiyalarını, saytların dizaynlarını dəyişməklə, köhnə aparıcıları, qonaqları yenilərilə əvəzləməklə, əsassız tənqid dozasını artırmaqla azad, mütərəqqi, cəmiyyətin problemlərinə həssas yanaşan, əqidəli mətbuat yaratmaq cəhdləri əbəsdir. Çünki, sadaladıqlarım mahiyyətcə mətbuatın islahatı yox, islahatın imitasiyası deməkdir.
    İmitasiya isə müvəqqəti həll yoludur, onun sonu isə daha böyük məyusluqdur. Məsələnin həlli mətbuatın roluna sistemli baxışdan və ictimai iradədən keçir. Bu iki amil formalaşmadan KİV-lərdən keyfiyyət dəyişikliyi gözləyənlər özünüaldatma ilə məşğul olur, mənasız ümidlərlə yaşayırlar.

    Mənim mətbuat haqqındakı mülahizələrimə münasibət bildirən bəzi şəxslərin ittihamları isə ümumiyyətlə gülüncdür. Onlar məni guya Qərbin aparıcı KİV-lərinin Bakıdakı ofislərini bağlamaqda, onların ölkəmizdəki fəaliyyətinə qadağa qoymaqda günahlandırırlar. Deyəsən, belə bəsit ittihamlar səsləndirənlər unudurlar ki, mən Prezident Administrasiyasının rəhbəri olmuşam.
    Bu vəzifənin səlahiyyətləri qanunla müəyyən olunub və tənzimlənir. Mən həmişə öz səlahiyyətlərimin, hüquqlarımın sərhədlərini dəqiq bilən bir şəxs olmuşam. Ona görə də ixtiyarımda olmayan məsələlərə görə məsuliyyət daşımaq, yaxud tənqid eşitmək niyyətindən uzağam.

    Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, mən təbiətim etibarı ilə sağlam, qərəzsiz tənqidə açıq insanam. Lakin məni az qala Azərbaycanda keçmişdə baş vermiş və gələcəkdə baş verəcək bütün günah və cinayətlərdə ittiham edənlərin məntiqi həqiqətən də ağlasığmazdır. Xarici İşlər, Mədəniyyət, Təhsil, Səhiyyə, Milli Təhlükəsizlik sahələrinin öz rəhbərləri olduqları halda, oradakı bütün qüsurları mənim üzərimə atmaq nə deməkdir? Bu yanaşma kimin işinə yarayır?

    Mən ölkədə ziyalılığın və ziyalıların vəziyyəti məsələsinə də obyektiv yanaşmağa, problemin həqiqi köklərini anlamağa çağırıram. Sirr deyil ki, ötən əsrin 30-40-cı illərində baş vermiş Stalin repressiyalarından sonra keçmiş ittifaqın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da ziyalı sinfinin qaymaqları amansızcasına məhv edildi.
    Əgər biz repressiyaya məruz qalanların kimliyini diqqətlə araşdırsaq, görərik ki, cılız intriqaların və M.Bağırovun şəxsi ədavətinin qurbanı olanlar istisna olmaqla, qətlə yetirilənlərin böyük əksəriyyətini Xalq Cümhuriyyəti dövründə və onun yaranması ərəfəsində yaşayıb-yaratmış ziyalılar təşkil edib. Bu seçim təsadüfi deyildi. Çünki, Qırmızı imperiya üçün müstəqilliyin dadını görmüş, milli təfəkkürün, azad fikrin nə olduğunu bilən, şəxsi mövqeyi olan ziyalılar olduqca təhlükə mənbəyi idi.
    Ona müasir kompüter texnologiyasının dili ilə desək, rejimin ideyalarına, idarəçilik fəlsəfəsinə uyğun format edilmiş, bütün qərarlara kor-koranə əl qaldıran yazıçılar, şairlər, alimlər gərək idi.

    Əfsus ki, bu ənənənin fəsadları hələ də tam şəkildə aradan qaldırıla bilməyib. Həmin neqativ irsin təsirlərində məni, yaxud bir başqa müasirimizi günahlandırmaq doğru olmazdı. Ziyalıların konyuktura uyğun formalaşdırılması ənənəsinin kökü kəsildikcə, tədricən azad, öz baxışı və iradəsi olan yaradıcı nəsillər yetişəcəkdir. Belə dəyişikliklər zaman məsələsidir və onlar mütləq baş verəcək.
    Təbii ki, bu o demək deyil ki, cəmiyyətimiz əl-qolunu sallayaraq fəaliyyətsiz qalmalı və yeni dövrün intizarını çəkməlidir. Cəmiyyətimiz təfəkkürünü islah etmək, mədəniləşmək, mənəviyyatını saflaşdırmaq, intellektini artırmaqla özü bu dövrü yaxınlaşdırmalıdır.
    Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: “Hər hansı bir qövm öz tövrünü dəyişmədikcə, Allah da onun tövrünü dəyişməz”. (Rəd surəsi, 11-ci ayə).

    Yekunda mən yenə də diqqəti insan fitrətinin reallıqlarına yönəltmək istəyirəm. İstər cənab Prezident, istərsə də mən insan materialı ilə işləmişik. Heç birimiz xətalardan sığortalı olmamışıq. Nə keçmiş, nə də gələcək rəhbərlərin də heç birinin belə bir sığortası olmayıb və olmayacaqdır. İnsan qəlbinin incəlikləri, onun daxili niyyətləri, məqsəd və arzuları heç zaman heç kimə dəqiqliklə məlum ola bilməz. Ona görə də ixtiyarımızda olan kadrların arasından ən uğurlu seçimi etməyə çalışmışıq. Seçimimiz hər zaman uğurlu alınıbmı? Əlbəttə ki, yox!

    Məsələn, uzun müddət, istər sovet dövründə, istərsə də müstəqillik illərində Prezident Administrasiyasında məsul vəzifə tutan şöbə müdirlərindən biri xeyli vaxt öz həqiqi xislətini məharətlə gizlədə bilmişdi. Yalnız uzun illər sonra onun həqiqi əməlləri aşkara çıxdıqda, həmin şəxs dövlət başçısı tərəfindən tutduğu vəzifəsindən azad edildi. Bənzər nümunələr çox olub.
    Vaxtilə rayonlardan birinə rəhbər təyin edilən və acgözlüyü, hərisliyi səbəbindən yerli sakinlərin narazılığı ilə vəzifədən uzaqlaşdırılmış rəhbər şəxslərdən biri onunla aparılmış söhbətdən sonra islah olacağına dair söz vermiş, nəticədə ona yenidən etimad göstərilmişdi. Ancaq qısa zamandan sonra onun bütün tənbehlərə baxmayaraq nəinki islah olmadığı, əksinə, daha çox çirkaba bulaşdığı məlum oldu.
    Doğrudur, həmin şəxs vəzifədən uzaqlaşdırıldı, ancaq hadisə göstərdi ki, insan təbiəti dəyişməzdir. Nankorluq və hərislik onun təbiətində, fitrətində bərqərardır. Nə qədər gülməli səslənsə də, bu gün həmin şəxs mənim ünvanıma böhtanlar və uydurmalar səsləndirənlərlə əlbirdir.

    Mənim niyyətim hər zaman Azərbaycan dövlətinə xidmət etmək, Ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə etibarlı silahdaş kimi kömək etməkdən ibarət olub.
    Cənab Prezidentin məni “Heydər Əliyev” ordeni ilə təltif edərkən dediyi sözləri nəzərə alsaq, mən öz vəzifəmi kifayət qədər məsuliyyətlə və uğurla yerinə yetirə bilmişəm. Ömrümün sonuna qədər də öz amallarımdan və sədaqətimdən əl çəkmək niyyətində deyiləm.
    Müasir Azərbaycan Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin şah əsəridir. Bu əsərin yaradılmasına töhfə verə bildiyim üçün özümü xoşbəxt hesab edirəm!

    Ümumiyyətlə isə xidməti fəaliyyətimin hər bir səhifəsinə, verdiyim qərarların hamısına indi də eyni əminliklə imza atmağa hazıram. Nailiyyətlərimin və xətalarımın heç birindən imtina etmək niyyətində deyiləm. Qəbul etdiyim qərarlar, atdığım addımlar, qələmə aldığım əsərlər mənə məxsusdur. Onların hamısı mənim irsim, mirasımdır. Həmin irsin obyektiv qiymətini isə zaman özü verəcək".

    Oxunub: 1 136
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.