Moskva vilayətinə dron hücumu - Ölənlər var
Moskva vilayətinin Voskresensk şəhərində yaşayış binasında baş verən yanğın iki nəfərin – 76 yaşlı qadın və onun 6 yaşlı nəvəsinin ölümü ilə nəticələnib. Bu barədə vilayət qubernatoru Andrey Vorobyov məlumat verib.
Hadisəyə pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra yaranan yanğının səbəb olduğu bildirilir. Vorobyov dronun birbaşa binaya dəydiyini, yoxsa havada vurulduqdan sonra qalıqlarının evin üzərinə düşdüyünü dəqiqləşdirməyib.
Onun sözlərinə görə, bazar ertəsinə keçən gecə Voskresensk və Kolomna üzərində Rusiya Hava Hücumundan Müdafiə qüvvələri dörd PUA-nı məhv edib. Nəticədə Voskresenskdə bir neçə yaşayış binasının fasad və pəncərələri zədələnib, şəhərdə küçə işıqlandırması sıradan çıxıb.
Press-fakt
Oxunub: 42
Xəbəri paylaş
Paylaş: