Tramp Netanyahuya Qətərin Baş nazirindən üzr istədib
ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahuya Qətərin Baş nazirindən üzr istədib.
Türkiyə mediası xəbər verir ki, Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Qətərin Baş naziri Əl-Tani ilə telefon danışığı aparıb və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istəyib.
Məlumatda bildirilir ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.
Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ABŞ-nin təklifi üzrə HƏMAS-ın Qəzza zolağında atəşkəslə bağlı danışıqlar apardığı Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib və texniki heyəti qətlə yetirib.
Press-fakt
Oxunub: 67
Xəbəri paylaş
Paylaş:





















