İspaniya Superkubokunun keçiriləcəyi ölkə bəlli oldu

2026-cı ildə İspaniya Superkuboku Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək.
Press-fakt xəbər verir ki, ikinci il ardıcıl və tarixdə üçüncü dəfə turnirin oyunları “Kral Abdullah Sports City” stadionunda oynanacaq.
İspaniya Superkuboku “dördlər finalı” formatında keçirilir: 7 və 8 yanvarda iki yarımfinal, 11 yanvarda isə final oyunu olacaq.
Yarımfinallardan birində “Barselona” ilə “Atletik” qarşılaşacaq, digərində isə “Real” və “Atletiko” üz-üzə gələcək.
Oxunub: 39
Xəbəri paylaş
Paylaş: