Türkmənistan liderindən Azərbaycanla bağlı qərar
Qurbanqulu Berdiməhəmmədov adına Xeyriyyə Fondu Azərbaycanın Füzuli şəhərində məscidin layihələndirilməsi və tikintisini maliyyələşdirəcək.
Bu barədə Türkmənistan Beynəlxalq İnformasiya Mərkəzi məlumat yayıb.
Qərar Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun tapşırığına əsasən qəbul edilib və fondun humanitar fəaliyyətinin genişləndirilməsini və Türkmənistanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsini əks etdirir./teleqraf
Oxunub: 58
Xəbəri paylaş
Paylaş: