Tramp Ukraynanın gözlədiyi addımı atıb - Kəşfiyyat məlumatları ötürüləcək
ABŞ Prezidenti Donald Tramp dövlət qurumlarına Ukrayna ilə kəşfiyyat məlumatlarının paylaşılmasına hazırlaşmaq barədə göstəriş verib. Bu məlumatlar Ukrayna ordusuna Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməkdə yardımçı ola bilər.
Bu barədə “Financial Times” qəzeti yazıb.
Mənbələrin bildirdiyinə görə, Vaşinqton həmçinin NATO müttəfiqlərini də Kiyevlə kəşfiyyat mübadiləsini genişləndirməyə təşviq edir. Böyük Britaniyanın artıq Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün yardım etdiyi vurğulanır.
Nəşr qeyd edir ki, Ukraynaya ABŞ tərəfindən uzaqmənzilli “Tomahawk” raketlərinin verilməsi məsələsi gündəmdə olsa da, Trampın komandasında bu addımın cəbhədə vəziyyəti köklü şəkildə dəyişəcəyinə dair inam yoxdur.
Press-fakt
Oxunub: 26
Xəbəri paylaş
Paylaş: