Tramp ermənini axmaq adlandırdı
ABŞ Prezidenti Donald Tramp Kenoşa şəhərinin meri Con Antaramyanı axmaq adlandırıb.
O, Antaramyanı radikal anarxistləri müdafiə etməkdə ittiham edib. Bildirib ki, Milli Qvardiyanı Kenoşaya göndərməsəydi, şəhər tamamilə yanıb külə çevriləcəkdi.
Qeyd edək ki, 29 yaşlı afroamerikalı Ceykob Bleykin öldürülməsindən sonra Kenoşada kütləvi iğtişaşlar başlayıb. Aksiyalar 23-27 avqust arasında baş tutub.
Con Antaramyan milliyətcə ermənidir. O, 1992-2008-ci illərdə Kenoşanın meri olub. 2016-cı ildə yenidən mer vəzifəsinə seçilib.
Oxunub: 412
Xəbəri paylaş
Paylaş: