Putin və Paşinyan ticarət dövriyyəsi ilə bağlı DÜŞƏNBƏDƏ MÜBAHİSƏ ETDİLƏR
Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan MDB sammitində ikitərəfli ticarət dövriyyəsi ilə bağlı fikir ayrılığına düşüblər.
Press-faktteleqraf-a istinadla xəbər verir ki, Rusiya lideri Ermənistanın qarşılıqlı ticarətin həcminə dair qiymətləndirməsini qeyri-ciddi hesab edib.
“Bizim Ermənistanla indi nə qədər ticarət dövriyyəmiz olub?”, - Putin Paşinyana Avrasiya İqtisadi Birliyinin Ermənistan üçün üstünlüklərindən danışarkən soruşub.
“Bu il artıq 4 milyard dollar”, - Ermənistanın baş naziri cavab verib.
“Yox”, - Rusiya prezidenti razılaşmayıb: “Daha çox”.
“Keçən il təxminən 9 milyard dollar olub”, - baş nazir prezidentin sözlərinə düzəliş edib.
Putin: “Daha çox. Keçən il daha çox idi və bu il də daha çox olacaq. Bu, məlum məsələdir”.
Moskvanın iddiasına görə, 2024-cü ildə Rusiya və Ermənistan arasında qarşılıqlı ticarət sürətlə artıb və həcmi 11,7 milyard dollara çatıb.