ŞUŞA İŞĞALDAN AZAD OLUNDU! -
Ali Baş Komandan ən böyük MÜJDƏNİ verdi!
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu dəqiqələrdə xalqa müraciət edir.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və Birinci Vitse- prezident Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Sonra Şəhidlər Xiyabanında olublar, Vətənimizin bütövlüyü uğrunda canından keçən oğul və qızlaımızın xatirəsini yad ediblər.
Prezident xalqa müraciətini də Şəhidlər Xiyabanından edir.
Hazırda AzTV vasitəsilə yayımlanan müraciətdə Ali Baş Komandanın Şuşanın işğaldan azad olunduğu müjdəsini verdi!!!
Millətimizin, bütün türk dünyasının gözü aydın olsun!
Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!
Qarabağ Azərbaycandır! Qələbə bizimdir!"
Oxunub: 970
Xəbəri paylaş
Paylaş: