Edamların sayı kritik həddə çatıb - BMT-yə "Bu ölkəni dayandırın" çağırışı edildi
Beynəlxalq Amnistiya Təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Hüseyn Bauomi İranın ölüm cəzası siyasətini sərt tənqid edib.
O bildirib ki, 2025-ci ilin əvvəlindən bəri İranda gündə orta hesabla dörd nəfər olmaqla 1000-dən çox insan edam olunub.
Bauomi bu rəqəmlərin 1989-cu ildən bəri görünməmiş səviyyəyə çatdığını vurğulayaraq BMT üzv dövlətlərini İran hökumətinə təzyiq göstərərək edamları dərhal dayandırmağa çağırıb.
Bauominin sözlərinə görə, ölüm cəzası İran hakimiyyəti tərəfindən xalq arasında qorxu yaratmaq, müxalifəti susdurmaq və cəmiyyətdə təcrid olunmuş qrupları cəzalandırmaq üçün bir vasitəyə çevrilib.
“İran rəsmiləri hər il yüzlərlə edamı adi hal kimi təqdim etməyə çalışır. Lakin bu, həyat hüququna qarşı ağlasığmaz bir hücumdur və artıq beynəlxalq səviyyədə ciddi müdaxilə tələb edir", — deyə Bauomi bildirib.
O əlavə edib ki, ölüm hökmləri qapalı məhkəmələrdə, işgəncə və zorla etirafların əsasında çıxarılır və bu hallar beynəlxalq hüquqa ziddir.
Press-fakt