“İkiniz də qalıb gəldiyinizi elan edin”- Tramp Putinlə Zelenskiyə müraciət etdi
ABŞ Prezidenti Donald Tramp həm Rusiya Prezidenti Vladimir Putini, həm də Ukrayna lideri Volodimir Zelenskini müharibəni dayandırmağa çağırdığını bildirib.
"Zelenski ilə görüş çox maraqlı və səmimi keçdi, lakin mən ona dedim ki, prezident Putinə qəti şəkildə tövsiyə etdiyim kimi, artıq razılaşmanın vaxtıdır! Onlar olduqları yerdə dayansınlar. Qoy ikisi də qələbəni elan etsin, sonra tarix onları mühakimə etsin!", - Tramp social şəbəkədə yazıb.
Tramp bir daha təkrarlayıb ki, zamanında o prezident olsaydı, Rusiya ilə Ukrayna arasında müharibə baş verməzdi.
Press-fakt
Oxunub: 12
Xəbəri paylaş
Paylaş: