Futbol yığmaları bu il 36 şübhəli matçda iştirak edib
Futbol üzrə milli komandaların 2020-il əvvəllərindən bəri keçirdikləri şübhəli matçların sayı açıqlanıb.
"The Times" nəşri xəbər verir ki, kişilərdən ibarət yığmalarda 36 oyunun şübhəli olduğu müəyyənləşdirilib. İstintaq bukmeyker kontorlarındakı mərclər əsasında aparılıb.
Habelə potensial qayda pozuntuları da üzə çıxıb. Onların arasında buraxılmış top sayında oyunçuların, sarı vərəqə miqdarında isə hakimlərin alınması öncüllük təşkil edir.
Belə matçların iki il ərzində iki dəfədən çox artdığı bildirilib. Qadın futbolundakı şübhəli görüşlərdə isə azalma baş verib.
Oxunub: 610
Xəbəri paylaş
Paylaş: