Amazon 500 min işçini süni intellektlə əvəz edir - Şirkət əməliyyatlarının 75%-ni robotlara həvalə edir
ABŞ-nin nəhəng elektron ticarət şirkəti "Amazon" iş dünyasında inqilabi qərar qəbul edib.
Şirkət əməliyyatlarının 75 faizini robotlara həvalə etməklə, yarım milyondan çox işçini süni intellekt sistemləri ilə əvəz etməyə hazırlaşır.
“The New York Times” tərəfindən əldə olunan daxili sənədlərə görə, "Amazon" 2027-ci ilə qədər yalnız ABŞ-də 160 mindən çox yeni işçinin işə qəbulundan imtina edəcək. Şirkət bununla məhsulların seçilməsi, qablaşdırılması və çatdırılması kimi mərhələlərdə ciddi xərc qənaəti əldə etməyi hədəfləyir.
"Amazon"-un planına əsasən, şirkət 2033-cü ilə qədər satışlarını ikiqat artırmağı, eyni zamanda insan əməyinə asılılığı minimuma endirməyi qarşısına məqsəd qoyub.
Sənədlərdə qeyd olunur ki, bu strategiya nəticəsində Amazon 600 mindən çox yeni işçi qəbul etmədən fəaliyyətini davam etdirə biləcək.
Şirkətin artıq çox az insanla işləyən yüksək sürətli anbarlar inşa etməyə başlayıb.
Luizianadakı Şrivport anbarı bu sistemin ilk nümunəsi hesab olunur.
Burada hazırda minə yaxın robot fəaliyyət göstərir və işçi sayı 25 faiz azalıb. Eyni modelin qarşıdakı iki il ərzində 40-dan çox anbarda tətbiqi planlaşdırılır.
Press-fakt