Rusiya Kiyevi ballistik raketlərlə vurub: Şiddətli yanğınlar, çoxsaylı yaralı və ölü

Rus ordusu 25 oktyabr səhər saatlaırnda Kiyevə ballistik raket zərbəsi endirib. Şəhəri silkələyən bir sıra güclü partlayışlar Kiyevin Darnitski və Desnyanski rayonlarında qeydə alınıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, raket zərbəsindən sonra güclü yanğınlar baş verib və nəticədə 8 nəfər yaralanıb.
Mer bildirib ki, raket zərbəsi nəticəsində yaralılaırn sayının artması istisna deyil.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, son günlərdə rus ordusu davamlı olaraq Kiyevə raket zərbələri endirməkdədir. “Oktyabrın 22-dən 23-nə keçən gecə aviazərbələr nəticəsində 2 nəfər ölüb, 5-i uşaq olmaqla 21 nəfər yaralanıb."
Press-fakt
Oxunub: 12
Xəbəri paylaş
Paylaş:




















