30-dan çox şəxsə orqan köçürülüb, 1021 nəfər növbədədir - RƏSMİ
2025-ci ilin fevral ayından etibarən 30-dan çox şəxsə orqan köçürülüb.
Press-fakt xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin rəhbəri Yeganə Abbasova jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, müxtəlif orqanların çatışmazlığından əziyyət çəkən 1021 nəfər hazırda növbədədir.
Yeganə Abbasova xatırladıb ki, 2025-ci ildə ölkəmizdə ilk dəfə meyit donordan orqan köçürülməsi uğurla baş tutub.
Oxunub: 12
Xəbəri paylaş
Paylaş:






















