Sabitləşdirici qüvvələr tezliklə Qəzza zolağına yerləşdiriləcək - Tramp
ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın vaxtlarda Qəzza sektorunda regiondakı münaqişənin həlli üçün sabitləşdirici qüvvələr yerləşdiriləcək.
Tramp bunu Malayziyaya səfəri zamanı təyyarədə jurnalistlərə açıqlamasında deyib.
"Çox tezliklə. Hazırda bunun üzərində işləyirlər. Hazırda rəhbərlik müəyyənləşdirilir. Yaxın Şərqdə sülh olacaq", – deyə ABŞ lideri vurğulayıb.
Xatırladaq ki, sentyabrın 29-da Ağ Ev Trampın Qəzza sektorundakı münaqişənin həllinə yönəlmiş "hərtərəfli plan"ını açıqlayıb. Sənəd 20 bənddən ibarətdir və xüsusilə Fələstin anklavında müvəqqəti xarici idarəçiliyin tətbiqini və orada beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Oktyabrın 9-da münaqişə tərəfləri Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin həyata keçirilməsi üzrə saziş imzalayıblar. Qəzzada atəşkəs sazişi oktyabrın 10-da qüvvəyə minib./report





















