Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə gətirilib
![]()
Türkiyənin "qırmızı bülleten"lə axtardığı doqquz nəfər ölkəyə ekstradisiya olunub.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
Axtarışda olanlardan üçü Almaniya, ikisi Gürcüstan, ikisi Rusiya, biri Belçika, biri isə Bolqarıstandan Türkiyəyə gətirilib.
Nazir bildirib ki, harada olmasından asılı olmayaraq cinayətkarlar bir-bir tapılıb, ölkəyə gətirilir./report
Oxunub: 20
Xəbəri paylaş
Paylaş:

.jpeg)


















