3-cü Dünya MÜHARİBƏSİ BAŞLAYIB - Sabiq baş nazir Sergey Stepaşin

Rusiyanın keçmiş Baş naziri Sergey Stepaşin III Dünya Müharibəsinin artıq başladığını bildirib.
Press-fakt xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, qlobal münaqişə hazırda hibrid formada baş verir.
Stepaşin əlavə edib ki, bu, Ukrayna və ya xüsusi hərbi əməliyyatla bağlı deyil.
Keçmiş baş nazir mövcud vəziyyəti Kuba raket böhranı və Əfqanıstan müharibəsi zamanı yaşanan gərginlik dövrü ilə müqayisə edib.
Xatırladaq ki, 13 oktyabrda ABŞ Prezidenti Donald Tramp III Dünya Müharibəsinin baş verməyəcəyini bəyan etmişdi.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş:









.jpeg)









