ABŞ-Mərkəzi Asiya sammitinin yeri və zamanı açıqlandı

Mərkəzi Asiya ölkələri liderlərinin və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə noyabrın 6-da Vaşinqtonda sammit keçirilməsi planlaşdırılır.
Press-fakt xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı dəvətə görə Trampa təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, Qazaxıstan Trampın daxili və xarici siyasətinin əsas məqsədlərini, xüsusən də sağlam düşüncə prinsiplərinə əsaslanan ənənəvi dəyərləri dəstəkləməsi, eləcə də sülhü və təhlükəsizliyi qorumaq istəyini bölüşür.
Oxunub: 13
Xəbəri paylaş
Paylaş:









.jpeg)









