Gürcüstanı BU DÜŞMƏNLƏRDƏN MÜDAFİƏ EDƏCƏYİK - Papuaşvili

Bütün gücümüzlə, biliyimizlə, əzmimizlə əsl Gürcüstanı görünən və görünməyən düşmənlərdən müdafiə edəcək, bütün yalanları, ədalətsizliyi, zülmü kökündən siləcəyik.
Press-fakt xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.
"Xalqa sadə və başa düşülən dillə geosiyasi reallığın ən aydın mənzərəsini təqdim etdik – müharibə yox, sülh. Səsverməyə 2,1 milyondan çox seçici gəldi və onların 54%-i aydın və parlaq seçim etdi: biz sülhü seçirik. Ölkə qarşısındakı borcumuzdan, məsuliyyətimizdən geri çəkilməyəcəyik, ona xəyanət etməyəcəyik və üz döndərməyəcəyik", - o bildirib.
Oxunub: 14
Xəbəri paylaş
Paylaş:










.jpeg)









