“Rusiya cəbhədə səfərbər etdiyi qədər itki verib”- Zelenski Rusiyanın itkilərini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, 2025-ci ildə Rusiya cəbhədə demək olar ki, səfərbər etdiyi qədər itki verib.
Zelenskinin sözlərinə görə, onun generallarının hesabatına əsasən, Rusiya 2025-ci il ərzində 346 min əsgərini öldürülmüş və yaralanmış şəkildə itirib. Bu rəqəm həmin dövrdə səfərbər edilən hərbçilərin sayı ilə demək olar ki, eynidir.
Ukrayna lideri həmçinin Rusiyanın cəbhə xəttində irəliləyiş əldə etməsi barədə yayılan iddiaları təkzib edib. Zelenski qeyd edib ki, bu məsələni ABŞ Prezidenti Donald Tramp ilə də müzakirə edib və Amerika kəşfiyyatının məlumatlarına əsasən, hazırda döyüş meydanında heç kim üstünlük qazanmır.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin yaxın müttəfiqlərinə 15 oktyabra qədər bütün Donbası işğal edəcəyini vəd edib, lakin bu plan baş tutmayıb.
Zelenski bu barədə danışarkən vurğulayıb:“Rusiya bunu edə bilmir. Onların kifayət qədər canlı qüvvəsi yoxdur. Ən güclü batalyonları məhv edilib. Döyüş meydanında son 2–3 ayda vəziyyət demək olar ki, dəyişməyib”.
Press-fakt




















