İsrailin Qəzzaya aviazərbələri nəticəsində ölənləri sayı 90-ı ötüb
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib.
Bu barədə Al Jazeera telekanalı məlumat yayıb.
Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzini hədəf alıb.
Eyni zamanda, Al Mayadeen telekanalı İsrailin Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə də zərbə endirdiyinə dair məlumat yayıb.
Qeyd edək ki, qısa müddət öncə İsrail Baş naziri Benyamin Netanyahu orduya Qəzza zolağına "dərhal və güclü zərbələr endirməyi” tapşırıb.
Qərarın "İsrail ordusunun Qəzza zolağının cənubunda hücuma məruz qalmasından qısa müddət sonra və HAMAS-ın girovların meyitlərinin qaytarılması ilə bağlı növbəti pozuntuları" fonunda verildiyi bildirilib.
Məlumata görə, oktyabrın 28-i axşamından etibarən İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 90-ı keçib./apa





















